“Bir dəfə zikr və duanın fəziləti barəsindən danışan məscid imamının xütbəsinə diqqətlə qulaq asırdıq. Birdən cərgəmizdəki bir gəncin mobil telefonunun səsi imamın xütbəsinə qarışdı. Müğənni qız oxuyurdu: “Gödək yubkalı qızlar gənclərə xoşdur...”
Bismilləhir-Rahmənir-Rahim. Aləmlərə rəhmət olaraq Quranı göndərən Allaha həmd olsun! Risaləti insanlara çatdırmaq üçün seçdiyi son rəsul Muhəmmədə, onun ailəsinə və qiyamətə qədər onun gətirdiyi kitaba tabe olanlara salam olsun! Qəlblərə şəfa olaraq Quranı endirən Allaha həmd edərək sizlərə saytın məqsədi haqqında məlumat vermək istərdik. Saytın məqsədi insanlara göndərilən rəsulların məqsədinin eynisidir! Bu sayt sizlərə Rəbbimizin izni və yardımı ilə Allahdan başqa ibadət edilən ilahlardan çəkinməyi və yalnız Allaha ibadəti öyrədəcək. Həmdlər yalnız Onadır. Ondan başqa güc və qüvvət sahibi yoxdur!