Allaha həmd olsun. Allah ibadəti qullara bütün hallarda asanlaşdırmışdır.
Minik vasitələrində fərz namazlar ancaq zərurət halı olduğu zamanlarda qılına bilər. Nafilə namazlar isə minik vasitəsinin üzərində istənilən qədər qılına bilər. Buna Allah Rəsulunun sünnəsində də dəlil vardır.Cabir bin Abdullahın (r) rəvayət etdiyi hədisdə deyilir: “Rəsulullah (s) miniyinin üzərində ikən onu hansı tərəfə çavirsə də o tərəfə nafilə qılardı. Fərz namazları qılmaq istəyəndə isə miniyindən enər və qibləyə dönərək namaz qılardı.” (Hindi, Kənzul-Ümmal).
Davamı...




