Uca Allah Qurani-Kərimdə belə buyurur: “Allahın əzabından qorxun, namaz qılın və müşriklərdən olmayın!” (Ər-Rum,31)
Allah(s.t) ona iman edən qullarına ondan qorxaraq namaz qılmalarını əmr edir. Və ondan qorxan qulları da Rəbbinə itaət edərək səcdələrə qapanırlar. Ukbə bin Amr (r.a) Rəsulullahın (s.a.s) belə deyərkən eşitdiyini xəbər verir: Rəsulullah (s.a.s) belə dedi: “Dağ təpələrindəki qoyun çobanından Allahın xoşu gəlir. O, namaz üçün Azan oxuyar və namaz qılar. Allah (s.t) da belə buyurur: Bu quluma baxın, Azan oxuyub, namaz qılır və məndən qorxur. Mən də o qulumun günahlarını bağışladım və onu Cənnətimə qoyacağam. (Əbu Davud (1203) və Nəsai (2/20) ,Əhməd (4/145), İbn Hibban (260) və Təbərani Kəbir (17/833) səhih bir sənədlə rəvayət etmişlər.)
Tez-tez belə bir söz eşidirik: “Nə olsun, qəlbim ki, təmizdir!”...
Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq “Qəlbləri təmizləyən ibadətdir!” deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!
Cəmiyyətimizdə ən geniş yayılan və bir çoxinsanlarıntəəssübkeşliklə müdafiə etdiyi islamda təməli olmayan inanclardır. Bunlardan cəmiyyət arasında yayılanlardan maşınlarda gözmuncuğu asmaq, əl içinin qaşınmasından pul tapacağına inanmaq, əldən ələ sabun, soğan, yumurta, qayçı, bıçaq və s. kimi şeylər ötürmək, bazar ertəsi günü iş dalınca getməmək, dükanların girişinə nal vurmaq, cümə günü ev təmizləməmək və s. faktlar göstərilə bilər.
Allah (s.t) belə buyrur: “Ya Rəsulum! Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!” (Zümər, 65)
Əbu Dərda (ra) belə rəvayət edir: Allah Rəsulu (s.a.s) buyurdu: “Hər kim ki, bilərəkdən namazı tərk edərsə bütün əməlləri boşa gedər”. (Bu hədisi İmam Əhməd Müsnəd kitabənda rəvayət etmişdir)
Hər gün minarələrdən Azan səsini duyursanmı? Namaz qılmaq haqqında nəsə eşitmisənmi? Ölümün sənə çox yaxın olduğunu bilirsənmi? Ölümün yaşlı-cavan tanımadığının fərqindəsənmi? Bəs elədirsə nəyi gözləyirsən? Bu video, namaz qılmayıb günün bihudə keçirən və "mən hələ namaza hazır deyiləm" deyənlər üçün çox ibrət vericidir.Həmçinin də namazını vaxtında qılmayanlar üçün ibrət dolu bir görüntüdür
Bu videonu həm Kompüterinizə həm də Mobil telefonunuza yükləyə bilərsiz.
Namaz qılmayanların sonrakı peşmançılıqları haqqında söhbət açılır. Bu videonu izləmək bir çoxları üçün faydalı olacaq. "Qəlbim təmizdir" deyib, namaz qılmayanlar haqqında çox faydalı söhbət açılır. Bu videonu həm Kompüterinizə həm də Mobil telefonunuza yükləyə bilərsiz.
Bismilləhir-Rahmənir-Rahim. Aləmlərə rəhmət olaraq Quranı göndərən Allaha həmd olsun! Risaləti insanlara çatdırmaq üçün seçdiyi son rəsul Muhəmmədə, onun ailəsinə və qiyamətə qədər onun gətirdiyi kitaba tabe olanlara salam olsun! Qəlblərə şəfa olaraq Quranı endirən Allaha həmd edərək sizlərə saytın məqsədi haqqında məlumat vermək istərdik. Saytın məqsədi insanlara göndərilən rəsulların məqsədinin eynisidir! Bu sayt sizlərə Rəbbimizin izni və yardımı ilə Allahdan başqa ibadət edilən ilahlardan çəkinməyi və yalnız Allaha ibadəti öyrədəcək. Həmdlər yalnız Onadır. Ondan başqa güc və qüvvət sahibi yoxdur!