Allah (s.t) həyat kitabımız olan Qurani-Kərimdə belə buyurur:
Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, peyğəmbər göndərdik.(Nəhl surəsi, ayə 36)
Digər bir ayədə isə Uca Allah belə buyurur: Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.(Nisə surəsi, ayə 60)
Tez-tez belə bir söz eşidirik: “Nə olsun, qəlbim ki, təmizdir!”...
Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq “Qəlbləri təmizləyən ibadətdir!” deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!
Allah (s.t) belə buyrur: “Ya Rəsulum! Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!” (Zümər, 65)
Əbu Dərda (ra) belə rəvayət edir: Allah Rəsulu (s.a.s) buyurdu: “Hər kim ki, bilərəkdən namazı tərk edərsə bütün əməlləri boşa gedər”. (Bu hədisi İmam Əhməd Müsnəd kitabənda rəvayət etmişdir)
Namaz qılmayanların sonrakı peşmançılıqları haqqında söhbət açılır. Bu videonu izləmək bir çoxları üçün faydalı olacaq. "Qəlbim təmizdir" deyib, namaz qılmayanlar haqqında çox faydalı söhbət açılır. Bu videonu həm Kompüterinizə həm də Mobil telefonunuza yükləyə bilərsiz.
Namaz-İmanla küfür arasında bir pərdə.Namaz-Nəfsin və şeytanın zülmətini yaran nur. Namaz-dirilmə və var olma. Namaz-ilk fərz olan ibadət. Namaz-Qul olmanın təntənəsi.Namaz-İlahi nizamın ruh və bədəndə eyni zamanda əksi.Namaz-insan yığınını cəmiyyətə, camaata çevirən amil.
Namaz İslamın və İmanın özəyini təşkil edir. Hər bir insan namaz qılmaqla İmanını gerçəkləşdirmiş olur. İnsanı başsız olaraq yaşamasını təsəvvür etmək mümkün olmadığı kimi, imanı da namazsız təsəvvür etmək mümkün deyildir. Bir sözlə namaz, insanın Allah qarşısında olan imanını göstərəcək bir əməldir. Bu əməl yoxdursa deməli Allaha olan həqiqi iman da yoxdur.
Allah (s.t) bu mövzu ilə əlaqədar dəyişməz və dəyişdirilməz kitabımız olan Qurani-Kərimdə belə buyurur:“Onlara nə olub ki, iman gətirmirlərvə onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.” (İnşiqaq, 20-25)
Səhabələrin dönəmində qiblə Məscidi-Aqsadan Kəbəyə çevrilincə, yəhudilər müsəlmanların yanına gəlib belə dedilər: “Məscidi-Aqsaya dönərək qıldığınız namazlar doğru və səhihdirsə nə üçün qibləni dəyişdirdiniz. Əgər yanlış isə bu dönəmlərdə ölənlərinizin namazları necə oldu? Müsəlmanlar isə yəhudilərə: “Hidayət, Allahın (s.t) əmirlərinə tabe olmaq, azğınlıq isə Allahın (s.t) əmirlərinə müxalif olmaqdır.” Deyə cavab verdilər.
Bismilləhir-Rahmənir-Rahim. Aləmlərə rəhmət olaraq Quranı göndərən Allaha həmd olsun! Risaləti insanlara çatdırmaq üçün seçdiyi son rəsul Muhəmmədə, onun ailəsinə və qiyamətə qədər onun gətirdiyi kitaba tabe olanlara salam olsun! Qəlblərə şəfa olaraq Quranı endirən Allaha həmd edərək sizlərə saytın məqsədi haqqında məlumat vermək istərdik. Saytın məqsədi insanlara göndərilən rəsulların məqsədinin eynisidir! Bu sayt sizlərə Rəbbimizin izni və yardımı ilə Allahdan başqa ibadət edilən ilahlardan çəkinməyi və yalnız Allaha ibadəti öyrədəcək. Həmdlər yalnız Onadır. Ondan başqa güc və qüvvət sahibi yoxdur!