Allaha həmd, rəsuluna salam olsun.Namaz Allahın müsəlmanlara vacib buyurduğu bir ibadətdir. Bu ibadəti müsəlmanlar tam haqqı ilə yerinə yetirməlidirlər. Bu səbəbdən də Allah təala Qurani Kərimdə namazı əmr etdiyi ayələrdə “salluu” yəni “qılın” deyil, “əqimuu” yəni haqqı ilə, namazın haqqını verərək qılın ifadəsini işlətməkdədir. Əlbəttə ki, namazı haqqı ilə qılmaq eyni zamanda onu vaxtında qılmağı da əhatə etməkdədir. Peyğəmbərdən (s) “hansı əməl daha fəzilətlidir” deyə soruşuldu. Allah Rəsulu buyurdu: “Vaxtı girən kimi qılınan namaz” – deyə buyurdu. (Buxari, Müslim) Bu hədis eyni zamanda ilk vaxtında qılınan namazın digərlərindən daha fəzilətli olduğunu da göstərir.Məhz buna görə də hər bir müsəlman 5 vaxt namazın vaxtını dəqiq bilməlidir ki, bu namazları da vaxtlı-vaxtında qıla bilsin. Bununla əlaqədar olaraq müsəlmanlara hər ay NAMAZ CƏDVƏLİNİ təqdim edəcəyik. Buyurun siz də istifadə edin.




