Allah (s.t) həyat kitabımız olan Qurani-Kərimdə belə buyurur:
Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, peyğəmbər göndərdik.(Nəhl surəsi, ayə 36)
Digər bir ayədə isə Uca Allah belə buyurur:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.(Nisə surəsi, ayə 60)
Davamı...
Bu gün Səudiyyə Ərəbistanında hakim olan məzhəb haqqında “Vəhhabi” məzhəbi deyirlər. Bu məzhəbin özəllikləri və fikirlərini bilmək üçün müəyyən islami bilgi bazasının olması gərəkdir. Biz qısa olaraq anlatmağa çalışacağıq.
Davamı...
Allaha olan sevgi ibadətin və İslam dinin əsasının vacib növlərindən biridir. İnananın tövhidi Allaha qarşı mükəmməl sevgidə təkmilləşir, zəyif sevgidə isə zəyifləyir.Bu barədə Uca Allah belə buyurur:” İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”(Bəqərə, 165)
Davamı...
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam qəbir üstünə getməyi tövsiyə etmiş və belə buyurmuşdur:Qəbirləri ziyarət edin, bu, sizə Axirəti xatırladar.( İbn Macə, Sünən, Cənaiz, 47.)
Qəbir və türbələri ziyarət edərkən İslamın əsl məğzi, eləcə də tövhid anlayışı ilə ziddiyyət təşkil edən, etiqad baxımından zərərli olan davranış və tutumlardan uzaq durmaq lazımdır.Çünki dinimizdə qəbirlərin ziyarət edilməsiylə əlaqədar bəzi prinsiplər vardır. Bu prinsiplərə əsasən qəbir ziyarəti məsələsində aşağıdakı hallara qətiyyən yol verməmək lazımdır:
Davamı...