Sual: → Peyğəmbərlərin və imamların şəkillərinin alınıb satılması düzgündürmü?
Cavab: → Allaha həmd olsun. Dinimiz insan şəklinin rəsmlə çəkilməsini caiz görməmmişdir. Bu barədə səhih nasslar vardır. İslamda insan rəsminin və heykəlinin haram olmasının hikmətlərindən biri, bəlkədə birincisi şəkil və heykəlləri vasitəsilə insanların bütə çevrilmısinin qarşısının alınmasıdır.
Davamı...
Sual: → Hazırda müsəlmanlar əti kimdən almalıdırlar? Hər bismilləh deyib ət kəsən qəssabdan ət almaq olarmı?
Cavab: → Allaha həmd olsun.Müsəlman yediyi tikənin halalına-haramına fikir verməlidir. Bildiyimiz kimi İslam dini öz ardıcıllarına hər ətin yeyilməsini cəvaz verməmişdir. Yeyilən ət leş olmamalı, donuz və digər yeyilməsi haram olan heyvanlardan olmamalı və eyni zamanda yeyilməsi halal olan ətlər də İslami üsullarla kəsilmiş olmalıdır. Əks təqdirdə bu üsuldan kənarda qalan ət və ət məhsullarının yeyilməsi haramdır.
Davamı...
“Qafqaz Müsəlmanları İdarəsinin halallıq vermək səlahiyyəti yoxdur”
Eyyub Hüseynov: "Halal” nişanlı kolbasa-sosiskaları satmaq birmənalı olaraq istehlakçıları aldatmaqdır»
Telekanallarda nümayiş etdirilən reklamlar arasında “Sab” kolbasalarının çarxı çoxlarının diqqətini çəkir. Çünki bu reklamda bildirilir ki, “Sab”ın məhsulları halaldır, onun halallığına Qafqaz Müsəlmanları İdarəsi zəmanət verib. Eyni zamanda «Sab» sirkətinin kolbasa ve sosiskalarının üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir - halal” sözləri yazılıb. Həqiqətənmi, həmin ət məhsulları şəriətə uyğun hazırlanıb və halaldır?
Maraqlıdır, ruhanı idarəsi bir məhsulun halallığına necə zəmanət verir? Bunu hansı texniki və s. üsullarla gerçəkləşdirir? Biz bu məsələni aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq. Nəticələrlə tanış olub özünüz qərar verin.
Davamı...
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Allahın əzabından qorxun, namaz qılın və müşriklərdən olmayın!” (Ər-Rum,31)
Allah(s.t) ona iman edən qullarına ondan qorxaraq namaz qılmalarını əmr edir. Və ondan qorxan qulları da Rəbbinə itaət edərək səcdələrə qapanırlar. Ukbə bin Amr (r.a) Rəsulullahın (s.a.s) belə deyərkən eşitdiyini xəbər verir: Rəsulullah (s.a.s) belə dedi: “Dağ təpələrindəki qoyun çobanından Allahın xoşu gəlir. O, namaz üçün Azan oxuyar və namaz qılar. Allah (s.t) da belə buyurur: Bu quluma baxın, Azan oxuyub, namaz qılır və məndən qorxur. Mən də o qulumun günahlarını bağışladım və onu Cənnətimə qoyacağam. (Əbu Davud (1203) və Nəsai (2/20) ,Əhməd (4/145), İbn Hibban (260) və Təbərani Kəbir (17/833) səhih bir sənədlə rəvayət etmişlər.)
Davamı...
Dünən səhər Qəzzada keçirdiyi əməliyyat zamanı böyük itkilər verən İsrail ordusu günortadan sonra mülki vətəndaşları qətlə yetirməyə başlayıb. İsrail ordusu dünən səhər Qəzzaya təşkil etdiyi hücumlarda böyük itkilərə məruz qaldığı üçün öz acığını fələstinli uşaqlardan çıxıb.
Davamı...
Forumların birində bu yazı ilə qarşılaşanda adi bir simvollardan ibarət qarışıq bir şey olduğunu zənn etdim. Lakin yazıya diqqətlə baxanda Qurani-Kərimdən bir ayədən götürülən söz olduğunun şahidi oldum. İstədim sizlərnən də bunu paylaşam. Sizcə bu yazıda nə yazılıb? Və bu yazıdakı sözlər Qurani-Kərimin hansı ayəsində mövcuddur.
Kim bilirsə şərhdə öz fikrini bildirsin.
Davamı...