Ölmüş insanlar üçün Yasin surəsini oxumaq Qurana və Sünnətə zidd olan çirkin bidətlərdən biridir. Bu bidət səhabələrin dönəmində və Xəlifeyi-Raşidun dönəmində olmamışdır. Bu sonradan uydurulan bir bidətlərdəndir. Ölmüş bir insan üçün Yasin surəsini oxumaq bir ibadət halına gəlmiş və bu bidəti dini bir əmr kimi qəbul etmişlər. Bu bidətin geniş yayılmasında isə ən əsas olaraq savadsız “mollalar” və onlara tabe olan cahil insanlar olmuşlar.
Davamı...
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Möminlər günahkarlar barəsində soruşacaqlar: Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan hesab edərdik ölüm yəqinliyi bizə gələnə qədər". Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.” (Müddəsir, 40-48)
Uca Allah bu ayədə Cəhənnəm əhlinin şəfaətdən məhrum olmalarını dörd səbəblə əlaqələndirdi:
1. Namaz qılmadıqları üçün
2. Kasıbları yedizdirmədikləri üçün
3. Kafirlərlə oturub-durduqları üçün
4. Hesab günün yəni Axirəti yalan saydıqları üçün
Davamı...
Allah (s.t) bu mövzu ilə əlaqədar dəyişməz və dəyişdirilməz kitabımız olan Qurani-Kərimdə belə buyurur: “Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.” (İnşiqaq, 20-25)
Davamı...
AZERCELL şirkətinin təqdim etdiyi bu xidmət vasitəsi ilə siz dostlarınıza və yaxınlarınıza istədiyiniz ayə və hədisləri bu xidmətdən istifadə edərək internet vastəsi ilə pulsuz SMS göndə bilərsiniz. Bunun üçün aşağıdakı qaydanı oxumağınız məsləhətdir.
Davamı...
Abdullah İbni Amr İbn Asdan (r.a) rəvayət edilmişdir: Bir gün Rəsulullah (s.a.s) namazdan danışaraq belə buyurdu: “Hər kim beş vaxt namazı lazımınca qılarsa, qiyamət günündə bu namaz onun üçün bir aydınlıq və qurtulması üçün bir dəlil olar. Hər kim də, bu beş vaxt namazı lazımınca qılmazsa qiyamət günündə Qarun ilə, Haman ilə, Firoun ilə və Ubey İbn Xələflə birlikdə olcaq.” (Müsnəd: 2.169; Darimi: 2/301, İbni Hibban: 1448)
Davamı...
Səhabələrin dönəmində qiblə Məscidi-Aqsadan Kəbəyə çevrilincə, yəhudilər müsəlmanların yanına gəlib belə dedilər: “Məscidi-Aqsaya dönərək qıldığınız namazlar doğru və səhihdirsə nə üçün qibləni dəyişdirdiniz. Əgər yanlış isə bu dönəmlərdə ölənlərinizin namazları necə oldu? Müsəlmanlar isə yəhudilərə: “Hidayət, Allahın (s.t) əmirlərinə tabe olmaq, azğınlıq isə Allahın (s.t) əmirlərinə müxalif olmaqdır.” Deyə cavab verdilər.
Davamı...
Əbud-Dərda (r.a) belə dedi: “Dostum Məhəmməd (s.a.s) mənə belə tövsiyyə etdi.Tikə-tikə doğransan da, odda yandırılsan da Allaha (s.t) ortaq qoşma və fərz olan namazı bilərəkdən tək etmə. Kim ki fərz olan namazı bilərəkdən tərk edərsə Allahın (s.t) mühafizəsindən uzaqlaşmışdır.” (Müsnəd:5/238, İbn Macə:3529)
Davamı...
Cəmiyyətimiz uzun müddət kafir ideologiyası altında yaşamış və bu ideologiyanın təsiri altında İslam dəyərlərini tədricən unutmuşdur. İslami dəyərlərin yerini isə batil əqidələr və kafir ideologiyasi tutmuşdur. Müsəlmanların həyatlarının bütün sahələrinə rəhbər olan Qurani-Kərim isə yalnız yaslarda oxunan kitab olmuşdur.
Davamı...
Uca Allah onun ayələrinə inan qullarını Qurani Kərimdə belə vəsf edir: “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər”.(Səcdə surəsi, 15)
Təkəbürlənərək namaz qılmayan və Uca Allahın ayələrini yalan hesab edənlər barəsində isə Rəbbimiz belə deyir: “Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər(namaz qılmıllar)? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ.(Əl-İnşiqaq surəsi,20-24)
Davamı...