ABŞ ordusu Qurani-Kərimi “güllələyib”
Amerika əsgərləri İraqda Quranı hədəf lövhəsinə çevirərək ona atəş açıblar. İraq Müsəlman Alimləri Heyəti isə işğalçıların bu hərəkətini kəskin şəkildə tənqid edib.İraq Müsəlman Alimləri Heyətinin internet saytının şahidlərə istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl Hammer markalı avtomobillə Ridvaniyyə şəhərinə gələn işğalçı əsgərlər Quran səhifələrini hədəf lövhəsinə çevirərək ona atəş açıblar.
Şahidlərin sözlərinə görə, hadisə polislərin gözü qarşısında baş verib. Atəş açılan Quranlardan birinin polis məntəqəsində olduğu xəbər verilir.
Məlumat üçün bildirək ki, sözügedən saytda üzərində güllə izləri olan Quran nüsxələrinin şəkillərini də yayımlayıb.
/timeturk/
