Quran paylayan qəzet Beynəlxalq Mətbuat Oskar mükafatına layiq görülüb
Mükafatın sahibi qısa müddət ərzində 50 min nüsxə Quran paylayan Belçikanın De Standard qəzetidir.Qərb dünyasının müsəlmanları daha yaxşı tanıması üçün əvvəlcə silsilə məqalələr dərc edən, sonra isə oxucularına 50 min nüsxə Quran hədiyyə edən Belçikanın De Standard qəzeti Beynəlxalq Media Oskar mükafatına layiq görülüb.
Beynəlxalq Qəzet Marketinq Assosiasiyası De Standard qəzetini oxucuları ilə ünsiyyət qurmaq üçün ən uğurlu vasitələr nominasiyasında ilk sıraya yerləşdirib.
Qeyd edək ki, nominantlar arasında Nyu York Tayms və Uoll Strit kimi nüfuzlu qəzetlər də yer almışdı. Münsiflər heyətinin üzvlərinin qərarına ən çox təsir göstərən səbəb isə qəzetin cəsarəti və əldə etdiyi nailiyyət olub.
34 ölkənin 200-dən çox qəzeti arasından seçilərək mükafata layiq görülən De Standardın Baş redaktoru Bart Sturtvaqen müsəlmanları anlamaq üçün mətbuatın daha cəsur davranmasının zəruriliyini vurğulayıb.
/habervakti/

