Xəvaricləri təkfir edə bilərikmi? Ümumiyyətlə onlar müsəlmandılarmı?
Sual: → Xəvaricləri təkfir edə bilərikmi? Ümumiyyətlə onlar müsəlmandılarmı?
Cavab: → Allaha həmd olsun. Xəvaric (xarici sözünün cımidir) tarixdə var olmuş siyasi-etiqadi bir məzhəbdir. Hz. Əli və Muaviyə arasında baş verən ixtilaf zamanı meydana çıxmışlar. Hz. Əlinin ona qarşı gəlmiş Şam valisi Muaviyəyə qarşı döyüşündə (Bu döyüş Siffin döyüşü adı ilə məşhurdur) Muaviyə ordusu məğlub olduqlarını görüncə nizələrinin ucuna Quran səhifələrini keçirirlər və ixtilafı danışıqlarla həll etməyi təklif edirlər.
Hz. Əli özü istəməsə də ətrafındakı bəzi qrupların təsiri ilə razəlaşər və hər iki tərəf qərara gəlir ki, hər iki tərəfdən bir hakim təyin edilsin və onlar məsələni həll etsin. Əlinin tərəfində döyüşən bir neçə minlik qrup bu qırardan narazı olaraq ondan ayrıldılar. Qurani Kərimin “Hökm ancaq Allahındır” ayəsini dəlil gətirən bu qrup Hz. Əlinin asilərlə döyüşməli olduğunu, bunu Quran əmri olduğunu iddia edir və hakim təyin etməyin Quaranın bu hökmündən uzaqlaşmaq olduğunu bildirirdilər.
Əsas bu tezis üzərində (Hökm Allahındır) öz əqidəvi ehkamlarını bina edən Xəvaric tarixin sonrakı dövrlərində də varlığını davam etdirdi. Fəqət Xəvaricin ayrılmaz bir xüsusiyyəti özləri kimi düşünməyən, onlardan olmayan müsəlmanları təkfir etmək, yəni kafir sayaraq malını, canını namusunu özlərinə halal saymaları olmuşdur. Təqva və dinə bağlılıqları ilə həmişə seçilsələr də öz görüşlərində kəskinlik və həddi aşma onları azğın bir qrup halına salmışdır.
Hz. Əli öz dövründə bu camaatla həm sözlə, yeri gəldikdə də həm də qılıncla mübarizə aparmış, onlardan minlərlə insanı doğru ya yola yuönləndirmiş, ya da məğlub edərək zərərsizləşdirmişdir. Ancaq buna baxmayaraq Xəvaric az və ya çox şəkildə öz varlığını davam etdirmişdir. Hz. Əlinin də həyatına elə bu firqə bir sui-qəsdlə son qoymuşdu.
Günümüzdə bəzi təkfirçi camaatlar vardır. Bu qruplara da bəzi müsəlmanlar tərəfindən xəvaric adlandırılırlar. Ancaq bir şeyi unutmaq olmaz ki, bunlar sırf əqidə baxımından xavaric demək düzgündeyildir. Unutmayaq ki, tarixdən bizə məlum olan xəvaric Əli və bir çox səhabələri qəbul etməyən, fərqli hədis və fiqh anlayışlarına sahib şəxslər idilər. Bu gün bu adla adalndırılanlar isə özlərini əhli sünnədən qəbul etməkdə, bu ümmətin sələfinin getdiyi əqidəvi yolda getdiklərini iddia etməkdədirlər. Bunları keçmiş xəvariclə birləşdirən yeganə əsas nöqtə siyasi idarəçilərə qarşı özləri kimi düşünməyənləri təkfir etmələridir.
Əlbəttə bu təhlükəli bir yoldur və fitnədir. Fəqət bu yolda olanları təkfir etmək onların xətasını təkrar etmək deməkdir. Nə qədər radikal və aşırı görüşdə olsa da İslam dininin təməl şərtlərindən birini aıqca inkar etməyən bir şəxsi və ya qrupu təkfir etmək caiz deyildir. Bu barədə bizə ən gözəl örnək Hz. Əlinin öz zamanındakı radikallara olan münasibətidir. Hz. Əli bir xütbəsində xaricilərə münasibətlərini belə açıqlayırdı:
“Sizin bizim üzərimizdə 3 haqqınız var:
1.Sizi məscidlərdən kənarlaşdırmamaq;
2.Qənimətdən payınıza düşəni vermək;
3.Siz fəsad çıxarmayana qıdır sizinlə döyüşməmək”
Göründüyü kimi hz. Əlinin şəxsində sələfin bu kimi məsələlərdə mövqeyi ictimai fəsad və qarışıqlıq çıxarmayana qədər ən kəskin görüşlərə belə dözümlülük göstərmək, bu kimi fərdləri müsəlman toplumundan xaric etməmək idi. Bu bir müsəlman olaraq Əlinin qeyd etdiyi kimi bizim üzərimizdə onların haqqıdır.
Həqiqətən belə qruplarla dialoq qurmaq, onların nə üçün belə düşündüklərinin səbəbini öyrənərək onları doğru yola dəvət etmək onları cəmiyyətdə bir küncə sıxışdırıb daha da barışmaz və radikal etməkdən daha faydalıdır. Hz. Əlinin yuxarıda təqdim etdiyimiz sözlərindən bu dərsi almaq lazımdır.
azerimuslims.com
