Peyğəmbərlərin və İmamların şəkillərinin alınıb satılması
Sual: → Peyğəmbərlərin və imamların şəkillərinin alınıb satılması düzgündürmü?
Cavab: → Allaha həmd olsun. Dinimiz insan şəklinin rəsmlə çəkilməsini caiz görməmmişdir. Bu barədə səhih nasslar vardır. İslamda insan rəsminin və heykəlinin haram olmasının hikmətlərindən biri, bəlkədə birincisi şəkil və heykəlləri vasitəsilə insanların bütə çevrilmısinin qarşısının alınmasıdır.
İstər peyğəmbər olsun, istər səhabə və ya imam olsun onu bütləşdirilmək, ilah yerinə qoymaq günahların ən ağırıdır, yəni şirkdir.
Bu gün təəssüf ki, əllərdə bir çox imamların, seyidlərin “şəkillər”i satılmaqdadır. Əvvəla qeyd bedək ki, bu şəkillərin bəzi səhabələrə (Hz Əli, hz Huseyn, hz Həsən) aid edilənləri iftiradır. Yəni bu adamların dövründə şəkilləri rəsm edilməmişdir. Və onlar da buna heç zaman imkan verməzdilər. Yəni bunlar o şəkilləri çəkənlərin təxəyyülündən başqa bir şey deyildir.
Əlbəttə ki, bu şəkillərin çəkilməsi, çoxaldılması və satılması günahdır. Çünki buna dinimiz cəvaz verməmişdir. Eyni zamanda bu şəkilləri müqəddəsləşdirmək və ondan bərəkət ummaq məqsədi ilə istifadəsini də nəzərə alsaq bunun artıq sıradan bir günah olmayıb şirk kimi əqidəvi, böyük günah olduğu məlum olur. Bu zaman bu şəkilləri satanların halı cahilliyət dövründəki büt satanların halına bənzəyir.
Müxtəsər oalaraq: Peyğəmbərə (əgər bu varsa), imamlara aid edilən rəsmlərin və bərəkət verdiyinə inanaraq bəzi seyidlərin fotolarının alınıb satılması haramdır.
azerimuslims.com

