İsrail dünənki uğursuzluğun heyfini fələstinli uşaqlardan çıxıb
Dünən səhər Qəzzada keçirdiyi əməliyyat zamanı böyük itkilər verən İsrail ordusu günortadan sonra mülki vətəndaşları qətlə yetirməyə başlayıb. İsrail ordusu dünən səhər Qəzzaya təşkil etdiyi hücumlarda böyük itkilərə məruz qaldığı üçün öz acığını fələstinli uşaqlardan çıxıb.
Dunyabulteni informasiya portalında yerləşdirilən xəbərə görə, dünən səhər baş verən döyüşlər zamanı İsrail dəstəsi tamamilə məhv edilib. Günortadan sonra yenidən hücuma keçən İsrail ordusu bu dəfə mülki vətəndaşları qətlə yetirməyə başlayıb. Bu zaman aralarında beş körpənin də olduğu 19 nəfər öldürülüb.
Digər tərəfdən, hücum zamanı yaralandığı bildirilən Röyters agentliyinin operatoru Fazil Şena həyatını itirib. Bununla yanaşı, əcnəbi qəzetlər üçün reportaj hazırlayan fotomüxbir Əşrəf əl-Əmra isə yüngül yaralanıb.
Məlumat üçün bildirək ki, dünən səhər radələrində İsrail hərbi dəstəsini pusquya salan Qəssam briqadasının döyüşçüləri bütün dəstəni məhv etmişdi.
/AzeriMuslims/
