Sual: → Quranla fala baxmaq olarmı?
Cavab: → Əuzu billəhi minəş-şeytanir-racim (Qovulmuş şeytanın şərrindən Allaha sığınıram). Bismilləhir-rəhmanir-rəhim. Bir şey adamda həm təəccüb, həm də hiddət doğurur. Başa düşmək olmur ki, Allah tərəfindən yaradılmış insanlar Onun torpağında yaşayıb, Onun verdiyi ruzidən yeyib, Onun verdiyi ciyərlə Onun havasını udub, sonra da rahatlıqla, asanlıqla Allahdan qeyrisinə necə yönələ bilirlər?!
Nəinki bütün insanların hətta bütün məxluqatın müqəddəratı Allahın əlindədir. Hökm yalnız Onundur. Bütün bunları sizin sualınızda xatırladığınız Quran söyləyir.
“...Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf, 67).
Ondan başqa heç kəs və heç nə zərər və fayda vermək üçün bir gücə, qüvvətə sahib deyil.
“Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!” (əl-Mülk, 1).
Kimin yüksələcəyini və ya alçalacağını yalnız Allah təyin edir və bu hökm gerçəkləşir. O Məliklərin məlikidir, mülkün sahibidir.
“De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Ali İmran, 26)
Xoşbəxtlik də, bədbəxtlik də Allahın əlindədir.
“Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur!” (ən-Nəcm, 42-44).
“Məni yaradan və məni doğru yola yönəldən Odur (Allahdır)! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (əş-Şuara, 78-82).
Yuxarıda qeyd edilən və digər Quran ayələri bu həqiqəti (hər şeyin Allahın hökmü altında olmasını) bildirir. Bir qayda var ki, kim hökm edirsə, kim bir şeyi tək həll edirsə, necə, nə edəcəyini yalnız o bilə bilər. Başqa birisi bunu bilə bilməz.
Məgər gələcəkdə kiminsə xoşbəxtliyini və ya bədbəxtliyini onlar (falçılar) təyin edir ki, gələcəkdə nə etmək istədiyini, nə edəcəyini də bu gün xəbər versinlər?! Yoxsa falçı, cadugər və sehrbazlar Allahın görəcəyi işlərdə Onunla şərikdirlərmi?!
“Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
Heç düşünürsünüz?!
Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!” (əs-Saffat, 154-156).
Kitaba gəldikdə, dəlil təşkil edə biləcək mənbə hər şeyi yaradıb müqəddəratını həll edən Allahın göndərdiyi Kitab (Quran) bura qədər Allahın hər şeyin taleyini tək yeganə həll edəni olduğunu bildirir.
Əlbəttə ki, onlar deyəcəklər ki: “Biz bir şey həll etmirik sadəcə Allah kəlamında gələcəkdə bildirilənləri deyirik”. Elədirsə, yuxarıda qeyd etdiyimiz ayədə Allahın buyurduğu kimi özlərinin iddialarını doğrulayacaq kitablarını gətirsinlər:
“Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!”
Qurana gəldikdə, Allahın kitabı bir fal kitabı olmaqdan daha uca, daha müqəddəsdir. Bəzi sehrbazların, şeytanların, cadugərlərin, şarlatanların, fırıldaqçıların bunun əksini söyləməsi bu həqiqəti dəyişməz. Məsələ ondadır ki, Quranla fala baxdıqlarını iddia edənlərin əsassız olduqlarını Quranın özü açıq şəkildə bildirir:
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? “ (əl-Maidə. 90-91).
Elə isə onlar nədən danışırlar?! Qeybin (gələcəyin) xəbərlərinin məlumatı yalnız Allah nəzdindədir. Bunu bildirən ayələr Qurani-Kərimdə olduqca çoxdur:
“De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (ən-Nəml, 65).
Allah qeybə dair bəzi məsələləri peyğəmbərlərin vasitəsi ilə insanlara bildirmişdir. Məsələn, cənnət və cəhənnəmin mövcudluğu, öldükdən sonra dirilmə, qiyamətin əlamətləri kimi qeyblə bağlı məlumatlar buna misaldır.
“(Ya Rəsulum!) De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” ( əl-Əraf, 188).
Əgər Allahla insanlar arasında vasitəçi olan bir insanın (Hz. Peyğəmbərin (s) qeybdən xəbər verməsi mümkün deyilsə, onda hansı isə bir falçının, kahinin, fala baxan dindar cildinə girmiş bəzi fırıldaqçıların iddia etdiklərinə necə etibar etmək olar?!
Əgər onlar iddia etdikləri kimi qeybi bilirlərsə, ölümü geri çevirə bilirlərsə, kimisə xoşbəxt, kimisə bədbəxt edə bilirlərsə, bir sözlə Allahın yazdığı bir şeyi dəyişə bilirlərsə, onda ortaya bəzi suallar çıxır. Nəyə görə onlar özləri üçün bir tədbir görə bilmir, nə üçün onlar yerin altının, üstünün mülkünə sahib olmurlar və sair...
Hz. Aişədən (r) rəvayət belə olunur: “Bir dəfə camaat Peyğəmbərə (s) kahinlər barəsində sual verdi. Allahın rəsulu (s) da onlara cavabında: “Onlar heç nədir!” – deyə buyurdu...” (Buxari. Təbabət, Ədəb. Şirk; Müslim. “Salam” kitabı).
Məsələ daha yaxşı anlaşılsın deyə, bu gün insanların ayaqları altında tapdalanan bir daşı misal verək. Sabah biri o daşı götürüb ona təzim, ehtiram göstərir. Bu daşın şəfa, ruzi və s. fayda verib, bəlaları dəf etməsinə inanır. Bu daşdan kömək diləyir, qarşısında diz çökür, ona qurban kəsir və sair. Bir sözlə o daşı ucaldıb məbud (ilah) edir. İndi belə bir sual doğur: o daş insanın müqəddəratını həll etməyə qadirdirmi? O daş ona təzim, ehtiram göstərilməsinə layiqdirmi? O daş ibadətə ediləsi ilahi varlıqdırmı? Cavab məlumdur: “Əlbəttə ki, o, bir daşdır, daşdan başqa bir şey deyil. Allahdan başqa ibadət ediləsi güc-qüdrət sahibi ilahi varlıq yoxdur”.
Amma fakt faktlığında qalır: bu, həqiqətdə bir daş olsada o bəzi insanlar tərəfindən ucaldılmış, ibadət ediləcək məbuda çevrilmişdir. Buna saxta ilah deyilir.
“Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir” (ən-Nəcm, 23).
Bu gün bəzi fırıldaqçıların hərc-mərcliyinin günahının bir qismi onlardadırsa, günahın digər qismi onlara inananlardadır. Camaat bununla şeytan əməlinin ayaq üstə durub tuğyan etməsini dəstəkləmiş olur. Yoxsa onların bir gücü qüvvəti, həyata müdaxilə etməsi, gələcəyə təsiri yoxdur. Allahın peyğəmbərinin (s) dediyi kimi: “Onlar heç nədir!” Onları insanlar əməllərinə inanmaqla ucaltdılar. Yoxsa onlarda bir ucalıq, ilahi xüsusiyyətlər, ibadətə, itaətə layiq məbud olma özəllikləri yoxdur! Allahdan başqa ibadətə layiq məbud yoxdur! (Lə iləhə illəllah).
“Onların (insanların) əksəriyyəti Allaha şərik qoşmadan Ona iman etməzlər” (Yusuf , 106).
Falçılıq deyilən şey ta qədimdən mövcuddur. Bu, batil, haram, çirkin olan işlərdən sayılır. Yuxarıdakı ayələrdən göründüyü kim falçılıq Allah tərəfindən açıq şəkildə haram edilmişdir.
Rəsulullah (s) buyurub: “Aybaşı halındakı (heyz) xanımı ilə cinsi təmasda olan kimsə, qadına arxa orqanından təmas edən kimsə, bir də gələcəkdən xəbər verdiyini iddia edən adamdan bilgi almaq üçün onun sözlərini təsdiq edən Məhəmmədə endirilən Qurana iman etməmişdir” (Nəsai, Darimi).
Bütün bu qeyd edilənlərdən məlum olur ki, fal və falçılıq haramdır. Ona iman edən də küfrə bulaşmış olur.
Müsəlmanın üzərinə düşən vəzifə “Lə iləhə illəllah”a sadiq qalaraq bütün bu kimi inkarı vacib olan şeyləri tərəddütsüz inkar etməkdr. Allah millətimizi onların şərrindən qorusun!
azerimuslims.com
bacarmırıq. Görəsən, dilənçilərə pul verdiyimiz üçün məsuliyyət daşıyırıqmı?”Dilənçiliyin kökündə hansı səbəblər yatırsa yatsın, acı reallıq ondan ibarətdir ki, bu pis vərdiş cəmiyyətimizin sağalmaz yarasına çevrilmişdir.Məlumdur ki, əsasən fiziki qüsuru olan və ya yaşlı olduğuna görə işləyə bilməyən şəxslər dilənçiliklə məşğul olurlar.
Dövrümüzdə dilənçilik artıq bir peşəyə çevrilib. Heç bir əziyyət çəkmədən pul olduğu halda zəhmətə və alın tərinə nə ehtiyac var? Apardığı islahatlarla cəmiyyətin inkişafında əsaslı dəyişikliklərə nail olan Peyğəmbər (s) dilənçilik xəstəliyinə də çarə tapmış, bu pis vərdişdən qurtulmanın yollarını göstərmiş və dilənməni peşəyə çevirən şəxsləri bu yoldan vaz keçirmək üçün onlara yol göstərmişdir.
Peyğəmbərin (s) səhabələrindən Ənəs ibn Malik rəvayət edir: “Bir gün Ənsardan olan bir nəfər Allahın rəsulunun (s) hüzuruna gələrək, ondan nə isə istədi. Peyğəmbər (s) ondan evində bir şey olub olmadığını soruşduqda həmin şəxs: “Bəli, var, ey Allahın rəsulu. Evimdə bir həsir var. Həsirin bir tərəfini altımıza sərir, digər tərəfi ilə üstümüzü örtürük. Bundan başqa bir su qabımız var ki, onunla da su içirik” dedi. Peyğəmbər (s): “O zaman dərhal qalx, kisəni və su qabını da götürüb mənim yanıma gəl” buyurdu. Həmin şəxs evinə gedərək, həsiri və su qabını gətirib Peyğəmbərin (s) yanına gəldi.
Peyğəmbər (s) həsir ilə su qabını ondan götürərək, orada olanlara nümayiş etdirdikdən sonra: “Kim bu iki əşyanı satın almaq istəyir?” - deyə soruşdu. Orada olanlardan bir nəfər həsir və su qabının hər birinə bir dirhəm verə biləcəyini söylədi. Peyğəmbər (s) sualı iki-üç dəfə təkrar edərək, “Bir dirhəmdən çox verən yoxdurmu?” – deyə soruşdu. Daha sonra həsiri və su qabını həmin şəxsə satdı. Peyğəmbər (s) iki dirhəmi əşyanın sahibinə verərək, “Bu pulun bir dirhəmi ilə ərzaq al, ailənə bax. Bir dirhəmi ilə də balta alıb yanıma gəl” buyurdu.
Həmin şəxs bir az sonra əlində balta Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) baltanı ondan alaraq, sapladı. Sonra baltanı həmin şəxsə verərək, “Bunu götür, get odun kəs, toplayıb sat. Səni on beş gün buralarda görməyəcəyəm” buyurdu. Həmin şəxs getdi, odun kəsdi, topladı və satdı. Daha sonra Peyğəmbərin (s) hüzuruna gəldi. O, on beş dirhəm qazanmışdı. Bu pulun bir hissəsi ilə ərzaq, bir hissəsi ilə də içəcək şeylər almışdı. Peyğəmbər (s) bunu gördükdən sonra buyurdu: “Dilənçilik ucbatından qara bir nöqtə kimi qiyamət günündə hüzura çıxmaqdansa, sənin indiki halın ondan xeyirlidir. Dilənmək ancaq bu üç şəxsə caizdir:
1. Torpağa yapışacaq qədər kasıblığa düçar olana; (son dərəcə kasıb olana)
2. İçindən çıxa bilməyəcək qədər borc içində olana;
3. Pul tapmaq üçün qan pulu yüklənən şəxsə;
Çox əzab çəkən, müalicəsi olmayan bir xəstəliyə düçar olan şəxs də ehtiyacı qədər istəyə bilər”.
Hədisdən göründüyü kimi, işləyə bilməyən, üzrlü, qüsurlu, ona baxacaq kimsəsi olmayan, yardıma möhtac şəxslər başqalarından ancaq zəruri ehtiyaclarını ödəyəcək qədər pul istəyə, yəni, dilənə bilərlər. Bu məcburi hallar istisna olmaqla dilənçiliyi bir həyat tərzinə çevirənlər böyük bir yükün altına girirlər. Peyğəmbər (s) belə insanlara ciddi xəbərdarlıq edir: “Əgər bir kəs malını çoxaltmaq üçün insanların mallarını istəyərsə, o, ancaq atəş parçası istəyər. İstər bunun azını, istərsə də çoxunu istəsin.
Bu hədis ehtiyacı olmadığı halda dilənməyi qadağan etməklə yanaşı, bunun cəhənnəm əzabı ilə nəticələnəcək bir iş olduğunu da açıq şəkildə ifadə edərək dilənçiliyi haram edir. Buna görə haram iş görənlərin sayının artmaması üçün bu cür şəxslərin çoxalmasına fürsət verməmək vacibdir. Qeyd etmək lazımdır ki, Qurani-Kərimin əz-Zuha surəsindəki “Bir şey istəyəni geri çevirib azarlama” ayəsində elmi bir məsələ barəsində sual verib nə isə öyrənmək istəyən şəxsin geri qaytarılmamasının vacibliyi qeyd olunur. Yoxsa, bu ayə hər qapıya gələni boş çevirməmək kimi başa düşülməməlidir. Çünki belə olduğu təqdirdə dilənçiliyə fürsət veriləcək və sanki normal bir davranışa yol verilmişdir düşüncəsi hakim olacaqdır.
P.S. Peyğəmbərimizin (s) bu hədisi də dilənçiliyə islamın münasibətini açıq şəkildə ifadə edir: “Kim mənə insanlar qarşısında dilənməməyi zamin durarsa, mən də ona Cənnəti zamin duraram”.
/ilkvahiy/
/azerimuslims.com/
Yapon cizgi filmində Qurani-Kərimin təhqir edilməsi müsəlmanların etirazına səbəb olub. Bir çox tamaşaçıların fikrinə görə, artıq kifayət qədər məşhur olan Tokio “Syueysya” firması tərəfindən videodisklərdə buraxılan cizgi filmində Qurani-Kərim təhqir edilib. Belə ki, “Co-Conun qeyri-adi sərgüzəşti” adlı filmdə əsas mənfi qəhrəman Qahirədə yaşayır və filmin qəhərəmanını və onun xoş niyyətli dostlarını öldürmək əmri verəndə Qurani-Kərim oxuyur.
“Bu səhnə müsəlmanları terrorçu kimi təsvir edir, bu isə həqiqətə uyğun deyil”, deyə Kiodo agentliyinə müsahibə verən Qahirədə Əl-Əzhar universitetində fitva verən komitə yə rəhbərlik edən şeyx Abdul Həmid Attraş bildirib. “Film bizim dinimizi təhqir edir, onun yaradıcılarına İslamın düşmənləri kimi baxılmalıdır”, deyə şeyx bildirib.
“Syueysya” şirkətinin nümayəndəsi isə bildirib ki, Quran-Kərim cizgi filminə səhvən düşüb. Onun sözlərinə görə, filmin yaradıcısı “Qahirə həyat şəraitini” göstərmək üçün kadra ərəb dilində kitab salmaq istəyib. Nümunə üçün isə onlar kitabxanada əllərinə düşən ilk kitabı seçiblər və bunun müqəddəs Quran olduğunu bilməyiblər. Şirkət nümayəndəsi bildirib ki, onlar üzr istəmək və cizgi filmlərinin disklərinin müvəqqəti olaraq satışdan yığışdırılmasına hazırdırlar. Buna baxmayaraq artıq internetdə yapon məhsullarına baykot qoyulması ilə bağlı çağırışlar edilib.
/ANS PRESS/
1. Namaz üçün təmizlənmək (təharət etmək)
2. Dəstəmaz almağın qaydası
3. Dəstəmazın düzgün olması üçün şərtlər
4. Dəstəmazın fərz əməlləri
5. Dəstəmazın bəyənilən əməlləri (sünnələri)
6. Dəstəmazı pozan amillər
Namaz üçün təmizlənmək (təharət etmək)
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dəstəmazsız, namaz qəbul olunmaz»[1]
Təmizlənmək (təharət etmək) iki qismdir:
Birinci: Su ilə təmizlənmək.
İkinci: Torpaq ilə təmizlənmək.
Su ilə təmizlənmək dəstəmaz və ya qüsl ilə olur.
Dəstəmaz almağın qaydası
Osmanın xadimi Humran deyir ki, Osman ibn Əffan (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Rəsuləllah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dedi: «Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar». İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur[2].
Dəstəmazın düzgün olması üçün şərtlər
1. Niyyət etmək: Sübutu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisidir: «Həqiqətən, əməllər niyətlərə görədir»[3].
Niyyəti dil ilə demək düzgün deyil. Çünki bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç bir tutarlı dəlil nəql olunmamışdır.
2. Bismilləh demək:[4] Sübutu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləridir: «Dəstəmazı olmayanın namazı, dəstəmazda Allahın adını çəkməyənin (bismilləh deməyənin) isə dəstəmazı yoxdur»[5].
3. Dəstəmaz zamanı əzaları yuyarkən böyük fasilə verməmək: Sübutu, Xalid ibn Sədanın (Allah ondan razı olsun) hədisidir. Orada deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklükdə yerə su dəyməmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi»[6].
Dəstəmazın fərz əməlləri
1. Üzü bir dəfə yumaq. Bura, ağız və burunun yuyulması da daxildir.
2. Əllərin dirsəklərə qədər bir dəfə yuyulması[7].
3. Başın hər tərəfinə bir dəfə məsh etmək. Qulaqlara məsh etmək də buraya daxildir.
4. Ayaqları topuqlara qədər yumaq.
Allah təala buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun...»[8].
· Ağız və burunun üzlə birlikdə yuyulmasını belə açıqlamaq olar ki, Uca Allah Öz kitabında üzü yumağı əmr etmiş və rəvayətlərdə təsdiq olunmuşdur ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağız və burnunu da yuyardı. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər. Bu isə o deməkdir ki, Quranda üzün yuyulmasının əmr olunması, onunla birlikdə ağız və burunun yuyulmasını da əhatə edir[9].
Ağız və burunun yuyulması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı hədislərində əmr olunmuşdur:
«Biriniz dəstəmaz alarkən burnuna su çəkib sonra onu geri çıxartsın»[10].
«Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə»[11].
«Dəstəmaz alanda ağzını da yaxala»[12].
· Başa məsh edərkən bütün başı əhatə etməyin vacib olması məsələsinə gəlincə məsələnin açıqlaması belədir. Demək Qurani Kərimdə başa məsh çəkmək haqqında olan əmr ümumi məna daşıdığı üçün onun açıqlamasını hədislərdən götürmək lazımdır. İki Səhih və digər hədis kitablarında, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başının bütün hissələrinə məsh etməsi səhih rəvayətlərdə qeyd olunur. Bu isə başın bütün hissələrinə məsh etməyin vacibliyini bildirir.
Ola bilər, kimsə desin ki, Muğirənin səhih hədisində deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başının ön hissəsinə (kəkilinə), qalanını isə əmmamənin üzərinə məsh etdi. Buna nə deyirsiniz?
Cavab: O əmmamənin üzərinə məsh etməklə başın qalan hissəsinə olan məshi tamamladığı üçün, kəkilinə məsh etməklə kifayətlənmişdir. Biz də bunu dəstəkləyirik. Lakin hədis, əmmamə olmadan, kəkilə və ya başın bir hissəsinə məsh edib bununla kifayətlənməyə dəlil deyil[13].
Demək, başın hər tərəfini məshlə əhatə etmək vacibdir. Məsh edən istəsə yalnız başa, yaxud ancaq əmmaməyə məsh edər. Yaxud da başa və əmmaməyə məsh edər. Bütün bu hallar doğru sayılır.
· Qulaqlar başdan sayıldığı üçün onları da məsh etmək vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qulaqlar, başdan sayılır»[14].
· Saqqalın dibinə su çatdırmaq:[15] Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən bir ovuc su alar və onu çənəsinin altına sürtüb, saqqalının dibinə yeridər və deyərdi: «İzzət və cəlal sahibi Rəbbim, mənə belə əmr etmişdir»[16].
· Əl və ayaq barmaqların arasını yumaq: Bunun sübutu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisidir: «Dəstəmazı tam al, barmaqların arasını yu, oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[17].
Dəstəmazın bəyənilən əməlləri (sünnələri)
1. Dişləri misvakla təmizləmək: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim»[18].
2. Dəstəmazın əvvəlində əlləri üç dəfə yumaq: Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf etdiyi hədisdə deyir ki, o, dəstəmazdan əvvəl əllərini üç dəfə yudu[19].
3. Ağız və burunu birlikdə, bir ovuc su ilə üç dəfə yumaq: Belə ki, Abdullah ibn Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını başqalarına öyrədəndə demişdir: «O, ağzını və burnunu birlikdə bir ovucdan yudu və bunu üç dəfə təkrarladı»[20].
4. Oruclu olmayan hallarda qğız və burunu dərindən təmizləmək: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «...oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[21]
5. Sağ əzaları, sol əzalardan öncə yumaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqqabısını geyindikdə, saçını daradıqda, dəstəmaznı aldıqda və ümumiyyətlə bütün (yaxşı) işlərində sağ tərəfdən başlamağı xoşlayardı»[22].
Həmçinin Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf edəndə birinci sağ, sonra isə sol əzasını yuduğunu demişdir.
6. Dəstəmaz suyu ilə isladılmış əzaları əl ilə sürtmək: Abdullah ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ovucun üçdəbiri qədər su gətirdilər və o, dəstəmaz alıb, əli ilə dirsəklərini sürtdü»[23].
7. Əzaları (iki və ya) üç dəfə yumaq: Osman (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən əzalarını üç dəfə yudu». Digər səhih rəvayətlərdə deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən bəzən əzalarını bir dəfə, bəzən də iki dəfə yuyardı»[24].
Bəzi hallarda, başa iki dəfə məsh etmək müstəhəb sayılır. Rəvayətdə deyilir ki, «Osman (Allah ondan razı olsun) dəstəmaz alaraq başına üç dəfə məsh çəkib dedi: Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dəstəmaz aldığını görmüşəm»[25].
8. Əzaların ardıcıllıqla yuyulması: Əzaların ardıcıl yuyulması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adəti idi. Belə ki, onun dəstəmazını vəsf edənlər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ardıcıllıqla dəstəmaz aldığını qeyd edirlər. Lakin Miqdam ibn Mədiykərbdən səhih sənədlə nəql olunur ki, «O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alması üçün su gətirir, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaza başlayaraq əllərini, üzünü, sonra qollarını dirsəklərə qədər üç dəfə yuyub, ağzını və burnunu üç dəfə yaxalayıb, sonra başına və qulaqlarına məsh edir...»[26]
9. Dəstəmazdan sonra dua oxumaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir ki, «Kim dəstəmaz alıb onu kamil şəkildə edər və sonra bu duanı: «Əşhədu ən lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu» (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriksizdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir) – deyərsə, cənnətin səkkiz qapısı da onun üzünə açılar və o istədiyi qapıdam cənnətə daxil olar»[27].
Tirmizinin rəvayətində bu sözlər əlavə olunur: «Allahummə-calni minə-t-təvvabin vacalni minə-l-mutatahhirin» (Allahım! Məni tövbə edənlərdən və təmizlənənlərdən et)»[28].
Əbu Səid (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim dəstəmaz alıb bu duanı, «Subhanəkə-l-lahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk» (Ey nöqsansız və pak olan Allahım, Sənə həmd olsun! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlanmağımı diləyir və Sənə tövbə edirəm) – deyərsə, dəri[29] üzərində yazılıb, xətmi vurular və qiyamətə qədər sınmaz»[30].
10. Dəstəmazdan sonra iki rükət namaz qılmaq: Belə ki, Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf etdikdən sonra demişdir: «Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar»[31].
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sübh namazından öncə Bulala (Allah ondan razı olsun) belə dedi: «Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm?»
Bilal dedi: «Mənim könüllü etdyim əməl budur ki, mən, istər gecə, istərsə də günüz vaxtı hər dəfə dəstəmaz alanda mənim taleyimə yazılan sayda namaz qılıram»[32].
Dəstəmazı pozan amillər
1.Ön və arxa ifrazat çıxışlarından xaric olan, sidik, nəcis və ya yel:
Allah təalə buyurur: «... və ya ayaq yolundan gəldiyiniz zaman...»[33]. Ayədəki, «ayaq yolundan» sözü, ifrazat çıxışlarından xaric olan ifrazat mənasını daşıyır.
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «Hədəs edən, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz».
Hadramovtdan olan bir kişi: Ey Əbu Hureyrə (Allah ondan razı olsun) «Hədəs» nə deməkdir?
Əbu Hureyrə: Səsli və ya səssiz yel.
Dəstəmazı pozan digər amil, məzi və ya vadinin ifraz olunmasıdır:
İbn Abbas deyir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et"[34].
2.Dərin yuxu: Yəni, yatan insan yuxuya tam qapanmalıdır. Bədəninin oturacaq hissəsi yerdə ola-ola oturub yatmaq, digər vəziyyətdə yatmaqdan fərqlənmir, hökmləri eynidir. Səfvan ibn Əssal (Allah ondan razı olsun) deyir ki, «biz səfərdə olarkən, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə, cənabət halı istisna olmaqla, yüngül və ya ağır subaşına getdiyimizə, yaxud yuxuya daldığımıza görə üç gün xuflərimizi[35] çıxarmamağı əmr edərdi»[36]. Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuxunu, (dəstəmaza təsir baxımından) sidik və nəcislə bərabər tutmuşdur.
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Göz, arxa orqanın kəndiridir. Kim yatarsa dəstəmaz alsın»[37].
Hədisdə deyilən, «Oyaq olmaq, arxa orqanın kəndiridir» - sözlərinin mənası belədir ki, oyaq olmaq ifrazatın çıxmasını qoruyur. Belə ki, insan oyaq olduqca bədənindən çıxanları hiss edir[38].
3. Xəstəlik və ya sərxoşluq səbəbi ilə huşunu itirmək: Çünki, yuxuya nisbətən, belə hallarda bədənə hakim olmamaq daha realdır.
4. Cinsiyyət orqanlarına bilavasitə şəhvət hissi ilə toxunmaq: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim cinsiyyət orqanına əl vurarsa dəstəmaz alsın»[39].
Başqa hədisdə (cinsiyyət orqanına əl vurduqda dəstəmazın pozulub-pozulmaması haqqında sual verənə) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir ki, «Məgər, o sənin bədəninin bir parçası deyil!»[40]. Bəli, toxunma ilə bərabər şəhvət hissi olmadıqca həmin orqan bədənin bir hissəsi sayılır. Çünki orqana şəhvətsiz toxunmaq, bədnin hər hansı hissəsinə toxunmaq kimidir. Amma şəhvət hissi ilə toxunmaq isə bədənin başqa üzvünə toxunmaq kimi deyil. Çünki adətən başqa orqanlara toxunmaq şəhvət hissi ilə olmur. Gördüyün kimi, məsələ aydındır[41].
5.Dəvə əti yemək: Bəra ibn Azib (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dəvə əti yedikdən sonra dəstəmaz alın, qoyun əti yedikdən sonra isə dəstəmaz almayın»[42].
Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: Qoyun əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İstəsən dəstəmaz al, istəməsən alma». Kişi dedi: Bəs dəvə əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli dəvə əti yedikdən sonra dəstəmaz al»[43].
-----------------------------------------------------------------------
[1] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ № 224. Tirmizi: 1/ 3/ № 1.
[2] Buxari: 1/ 266/ № 164. Müslim: 1/ 204/ № 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud: 1/ 180/ № 106. Nəsai: 1/ № 64.
[3] Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907. Əbu Davud: 6/ 284/ № 2186. Tirmizi: 3/ 100/ № 1698.İbn Macə: 2/ 1413/ № 4227. Nəsai: 1/ № 59.
[4] Bismilləhin dəstəmaz üçün şərt olması alimlər tərəfindən yekdilliklə qəbul edilməmişdir (tərc.).
[5] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 320. Əbu Davud: 1/ 174/ № 101. İbn Macə: 1/ 140/ № 399.
[6] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 161. Əbu Davud: 1/ 296/ № 173.
[7] İmam Şafii əl-Umm kitabında (1/ 25) demişdir: «»
[8] əl-Maidə: 6.
[9] əs-Seylul Cərrar: 1/ 81.
[10] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 443. Əbu Davud: 1/ 234/ № 140. Nəsai: 1/ № 66.
[11] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 129. Əbu Davud: 1/ 236/ № 142.
[12] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 131. Əbu Davud: 1/ 236/ № 144/.
[13] Təfsiri İbn Kəsir: 2/ 24. Sitat müxtəsər şəkildə nəql edilmişdir.
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 357. İbn Macə: 1/ 152/ № 443.
[15] Əgər saqqal seyrəkdirsə onun dibinə su çatdırmaq vacibdir. Yox əgər saqqal sıxdırsa onun dibinə su çatdırmaq vacib sayılmır (tərc.).
[16] Hədis səhihdir. əl-İrva: № 92. Əbu Davud: 1/ 243/ № 145. Beyhəqi: 1/ № 54.
[17] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 129. Əbu Davud: 1/ 236/ № 142.
[18] Hədis səhihdir. Səhihul Cami: 5316. Əhməd əl-Fəth ər-Rəbbani: 1/ 294/ 171.
[19] Buxari: 1/ 266/ № 164. Müslim: 1/ 204/ № 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud: 1/ 180/ № 106. Nəsai: 1/ № 64.
[20] Müstəsər Səhih Müslim: № 125. Müslim: 1/ 210/ № 235.
[21] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: № 129. Əbu Davud: 1/ 236/ № 142.
[22] Buxari: 1/ 269/ № 168. Müslim: 1/ 226/ № 268 və 11/ 199/ № 4122.Nəsai: 1/ 78.
[23] Hədisin sənədi səhihdir. Səhih İbn Xuzeymə: 1/ 62/ № 118.
[24] Hədis/ həsən səhihdir. Səhih Sünən Əbu Davud: № 124. Buxari: 1/ 258/ № 158 bu hədisi Abdullah ibn Zeyddən rəvayət etmişdir. Əbu Davud: 1/ 230/ № 136 və Tirmizi: 1/ 31/ № 43/ hədisi Əbu Hureyrədən rəvayət etmişlər.
[25] Hədisin hökmü/ həsənun səhih. Səhih Sünən Əbu Davud: № 101. Əbu Davud: 1/ 188/ № 110.
[26] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 112. Əbu Davud: 1/ 211/ № 121.
[27] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 143. Səhih Müslim: 1/ 209/ № 234.
[28] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 48. Tirmizi: 1/ 38/ № 55.
[29] Qədimdə yazı üçün dəri işlədirdilər və buna "perqament" deyilir.
[30] Hədis səhihdir. Tərğibut Tərhib: № 220. Müstədrəkul Hakim: 1/ № 564. Dəstəmaz əsnasında dua oxunması haqda heç bir səhih rəvayət yoxdur.
[31] Buxari: 1/ 266/ № 164. Müslim: 1/ 204/ № 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud: 1/ 180/ № 106. Nəsai: 1/ № 64.
[32] Buxari: 3/ 34/ № 1149. Müslim: 4/ 1910/ № 2458.
[33] əl-Maidə: 6.
[34] Rəvayət səhihdir. Səhih Sünəni Əbu Davud: 190. Beyhəqi: 1/ 115.
[35] Ayaq üçün, dəridən hazırlanmış geyim.
[36] Hədis həsəndir. Səhih Sünən Nəsai: № 123. Tirmizi: 1/ 65/ № 69. Nəsai: 1/ № 84.
[37] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 386. İbn Macə: 1/ 161/ № 477. Əbu Davud: 1/ 347/ № 200.
[38] Neylul Əvtar: 1/ 242.
[39] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 388. Əbu Davud: 1/ 307/ № 179. İbn Macə: 1/ 161/ № 479. Nəsai: 1/ № 100. Tirmizi: 1/ 55/ № 82. Onun rəvayətində/ «... Namaz qılmasın» - sözləri əlavə olunur.
[40] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 392. Əbu Davud: 1/ 312/ № 180. İbn Macə: 1/ 163/ № 483. Nəsai: 1/ № 101. Tirmizi: 1/ 56/ № 85.
[41] Təmamul Minnə: № 103.
[42] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 401. Əbu Davud: 1/ 315/ № 182. Tirmizi: 1/ 54/ № 81. İbn Macə: 1/ 166/ № 494. Müxtəsər şəkildə rəvayət etmişdir.
[43] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 146. Səhih Müslim: 1/ 275/ № 360.
Elmi dəstək: Furqan yayınları
ABŞ-da fəaliyyət göstərən İsrail şirkətlərindən biri baş örtülü qadın şəklində tualet çanağı istehsal edib. Amerikalı müsəlmanlar isə buna kəskin etirazlarını bildiriblər.Qərb İslam dünyasını təhqir mahiyyətli daha bir planını işə salıb.
Elə bir gün yoxdur ki, Qərbdə İslam və müsəlmanlar əleyhinə yeni bir qara piar kampaniyası aparılmasın. İndi də sayı iki milyarda çatan müsəlman əhalini özündən çıxarmaq üçün ABŞ-da başqa bir insidentə imza atılıb. Belə ki, ABŞ-dakı İsrail şirkətlərindən biri baş örtülü qadın şəklində ümumi tualet çanağı istehsal edib. Amerikadakı yəhudilər arasında geniş yayılan bu tualet çanağının formasının bu yaxınlarda İsraildə də bazara çıxarılacağı xəbər verilir. İsrail şirkətinin məqsədi isə bu tualet çanaqlarını dünya bazarına çıxarmaqdır.
Qərbdə müsəlmanlara qarşı getdikcə artan qaralama kampaniyasının yenilik olmadığını bildirən ABŞ-dakı islam təşkilatları Avropada və ABŞ-da hər sahədə İslamı təhqir etmək üçün baş vurulan yolların məqsədyönlü şəkildə həyata keçirildiyini qeyd edib.
/timeturk/
Qur'an tələbəsi, qardaş Türkiyədə təfsir elmində böyük bir xidmətdə rolu olan Mustafa İslamoğlunun Allah Rəsulu -səllallahu aleyhi va səlləmin- həyatını başdan sona əks etdirən bu səsli MP3 formatlı əsərindən hər bir müsəlman faydalana bilər. Yetər ki, aləmlərə rəhmət olaraq göndərilmiş sevimli və əziz öndərimiz Rəsulullahı -səllallahu aleyhi va səlləmi- daha yaxından tanımaq üçün bu əsərdən faydalanaq.
Xatırladaq ki, bu məhsul ADIM PRODÜKSİYON şirkətinin istehsalıdır və müəlliflik hüquqları qorunur.
Səsli əsərlərin Azərislamda yayımlanması üçün müəllifin razılığı alınmışdır.
Mövzu ilə əlaqədar fikirlərinizi və suallarınızı müəllifə Mustafaislamoglu.com saytından yaza bilərsiniz.
Amerika əsgərləri İraqda Quranı hədəf lövhəsinə çevirərək ona atəş açıblar. İraq Müsəlman Alimləri Heyəti isə işğalçıların bu hərəkətini kəskin şəkildə tənqid edib.İraq Müsəlman Alimləri Heyətinin internet saytının şahidlərə istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl Hammer markalı avtomobillə Ridvaniyyə şəhərinə gələn işğalçı əsgərlər Quran səhifələrini hədəf lövhəsinə çevirərək ona atəş açıblar.
Şahidlərin sözlərinə görə, hadisə polislərin gözü qarşısında baş verib. Atəş açılan Quranlardan birinin polis məntəqəsində olduğu xəbər verilir.
Məlumat üçün bildirək ki, sözügedən saytda üzərində güllə izləri olan Quran nüsxələrinin şəkillərini də yayımlayıb.
/timeturk/
Mükafatın sahibi qısa müddət ərzində 50 min nüsxə Quran paylayan Belçikanın De Standard qəzetidir.Qərb dünyasının müsəlmanları daha yaxşı tanıması üçün əvvəlcə silsilə məqalələr dərc edən, sonra isə oxucularına 50 min nüsxə Quran hədiyyə edən Belçikanın De Standard qəzeti Beynəlxalq Media Oskar mükafatına layiq görülüb.
Beynəlxalq Qəzet Marketinq Assosiasiyası De Standard qəzetini oxucuları ilə ünsiyyət qurmaq üçün ən uğurlu vasitələr nominasiyasında ilk sıraya yerləşdirib.
Qeyd edək ki, nominantlar arasında Nyu York Tayms və Uoll Strit kimi nüfuzlu qəzetlər də yer almışdı. Münsiflər heyətinin üzvlərinin qərarına ən çox təsir göstərən səbəb isə qəzetin cəsarəti və əldə etdiyi nailiyyət olub.
34 ölkənin 200-dən çox qəzeti arasından seçilərək mükafata layiq görülən De Standardın Baş redaktoru Bart Sturtvaqen müsəlmanları anlamaq üçün mətbuatın daha cəsur davranmasının zəruriliyini vurğulayıb.
/habervakti/
ABŞ prezidenti Corc Buşun sionistlər tərəfindən qəsb olunmuş fələstin torpaqlarına səfər etməsi, ABŞ-da yaşayan müsəlmanların etirazlarına səbəb olmuşdur"Dünyabulteni" saytının verdiyi xəbərə görə, Fələstin xalqının 60 illik faciəli gününü sionistlərin qələbə günü kimi keçirməsilə bağlı Corc Buşun səfərinə Amerika müsəlmanları Ağ ev qarşısında etiraz aksiyası keçirmişlər. İsrail rejiminin Fələstində törətdikləri cinayətləri terror aktı kimi hesab edərək, C. Buşunda bu hadisələrdə şərik olduğunu bəyan etmişlər. Sonda aksiya qalmaqalsız başa çatmışdır.
/Deyerler/
Türkiyənin internet piratları yüzlərlə İsrail internet saytını dağıtmaqla bu ölkənin Fələstində törətdiyi soyqırımına öz münasibətlərini nümayiş etdiriblər.Xəbərə görə, türkiyəli hakerlər özlərini “Akıncılar” adlandırıblar.
Son günlərdə Fələstində yaşlıya, qadına və uşağa məhəl qoymadan onlarla insanı qətlə yetirən İsrailə etirazını bu şəkildə bildirən türkiyəli hakerlər Nestle, Loreal və Maqqi kimi yüzlərlə nəhəng şirkətə aid internet ünvanları dağıdıblar.
Məlumat üçün bildirək ki, bir çox universitet, ictimai-qurum və təşkilatlın internet ünvanları da “Akıncılar” qrupunun dağıtdığı internet saytları arasındadır. Bu hücumdan sonra müvafiq orqanlar heç bir bəyanatla çıxış etmədiyi halda türkiyəli hakerlər “hücumların” davam edəcəyini bildiriblər.
Aşağıda “Akıncılar” qrupu tərəfindən dağıdılan yəhudilərə məxsus internet saytlarından bəzilərini nəzərinizə çatdırırıq:
http://nestle.com.au
http://www.turk-h.org/defacement/view/282863/nestle.com.au
http://nestle.com.my
http://www.turk-h.org/defacement/view/281946/nestle.com.my/people+nest
http://maggi.ch
http://www.turk-h.org/defacement/view/282204/maggi.ch
http://lorealtaiwan.com.tw
http://www.turk-h.net/defacement/view/281518/lorealtaiwan.com.tw
http://americanschool.co.il
http://www.turk-h.org/defacement/view/279468/americanschool.co.il
http://2model.co.il/
http://www.turk-h.org/defacement/view/282299/2model.co.il/
http://netica.co.il
http://www.turk-h.org/defacement/view/281573/netica.co.il
http://telerom.co.il/
http://www.turk-h.org/defacement/view/282985/telerom.co.il/
http://sivandesign.co.il/
http://www.turk-h.org/defacement/view/281477/sivandesign.co.il/
http://jugend.co.il
http://www.turk-h.org/defacement/view/280583/jugend.co.il
http://zohar-argov.co.il
http://www.turk-h.org/defacement/view/280546/zohar-argov.co.il
http://discovery-music.co.il/
http://www.turk-h.org/defacement/view/280545/discovery-music.co.il/
http://worldsports.co.il
http://www.turk-h.org/defacement/view/280543/worldsports.co.il
http://telemes.co.il
http://www.turk-h.org/defacement/view/280540/telemes.co.il/
http://million.telemes.co.il
http://www.turk-h.org/defacement/view/280539/million.telemes.co.il
http://striking.co.il
http://www.turk-h.org/defacement/view/280537/striking.co.il
http://shachaf.org.il
http://www.turk-h.org/defacement/view/280534/shachaf.org.il
http://rachelbrodie.co.il
http://www.turk-h.org/defacement/view/280533/rachelbrodie.co.il
http://psychiatrist.co.il
http://www.turk-h.org/defacement/view/280531/psychiatrist.co.il
http://phone-go.co.il/
http://www.turk-h.org/defacement/view/280528/phone-go.co.il/
http://phdworldwide.co.il/
http://www.turk-h.org/defacement/view/280527/phdworldwide.co.il/
http://neergas.co.il
http://www.turk-h.org/defacement/view/280526/neergas.co.il
http://maximedia-pr.co.il
http://www.turk-h.org/defacement/view/280524/maximedia-pr.co.il
http://lantek.co.il
http://www.turk-h.org/defacement/view/280522/lantek.co.il
/timeturk/
Adətən qız uşağı anasından görüb-götürür. Buna görə də ana hər bir davranışı ilə qızına bir örnək olmalıdır. Bu məqsədlə bundan uzun zaman əvvəl yaşamış, əsilzadə ailəyə mənsub Ümamə xanımın gəlin köçən qızına yazdığı məktubu gənc xanımların nəzərinə çatdırmağı münasib hesab edirik.
Bu məktubun bütün qızlarımız üçün nümunə olacağı fikrindəyik. Əvvəlcədən onu qeyd etmək istəyirik ki, məktubda qeyd olunanlar xüsusilə dövrümüzdə hər bir gənc qızın çox ehtiyac duyduğu nəsihətlərdir.
“Əziz qızım!
Əgər hər hansı bir qız valideynləri zəngin və əsilzadə olduğu üçün evlənməyə ehtiyac hiss etməsəydi, nə sən, nə də ki, mən heç vaxt evlənməyə ehtiyac hiss etməzdik. Halbuki vəziyyət bu cür deyildir.
Əziz balam!
İndi qırx illik evlilik təcrübəmə dayanaraq sənə bəzi tövsiyyələri vermək istəyirəm. Bu tövsiyələri düzgün qiymətləndirib buna müvafiq şəkildə hərəkət etsən, həyatın boyu rahat yaşayarsan. Ömürgün yoldaşınla aranız heç bir zaman pozulmaz. Bu dünyada xoşbəxt ömür sürdüyün kimi axirətdə də əbədi xoşbəxtlik əldə edərsən.
1- Qənaətkar ol! Ərinin gətirdiyi hər şeyi məmnuniyyətlə və sevərək qəbul et. Çünki qənaətkar olmaq qəlbi sakitləşdirər.
2- Deyilənlərə həmişə yaxşı qulaq as və hər zaman ərinin sözləri və istəkləri ilə razılaş. Ona qarşı çıxmaqdan çəkin və sözlərinə etiraz etmə. Bir-birinizi anlamağa, başa düşməyə çalışın. Əgər bu cür hərəkət etsən, sən rəbbimizin razılığını da qazanarsan.
3- Ərinin olduğu hər yerə xüsusi etina və hörmətlə yanaş. Ömürgün yoldaşının gözünə çirkin bir şeyin dəyməməsi üçün diqqətli ol. Bil ki, xarici görünüş daxilə-qəlbə də nüfuz edər. Evin daim təmiz, baxımlı və gözəl ətirli olsun.
4- Həyat yoldaşının yemək saatı və yatmaq vaxtına diqqət et. Ərin yeməyini adətən nə zaman yeyirsə, yeməyi də buna müvafiq vaxtda hazırlamalısan. Ərinin yuxu rejimini qaydada saxlamaq üçün işlərini vaxtında bitir. Çünki aclıq insanı xasiyyətsiz edər. Yuxusuzluq isə əsəbiliyə gətirib çıxarır.
5- Evi