Uğursuzluqla bağlı xurafatlar
Cəmiyyətimizdə ən geniş yayılan və bir çox insanların təəssübkeşliklə müdafiə etdiyi islamda təməli olmayan inanclardır. Bunlardan cəmiyyət arasında yayılanlardan maşınlarda gözmuncuğu asmaq, əl içinin qaşınmasından pul tapacağına inanmaq, əldən ələ sabun, soğan, yumurta, qayçı, bıçaq və s. kimi şeylər ötürmək, bazar ertəsi günü iş dalınca getməmək, dükanların girişinə nal vurmaq, cümə günü ev təmizləməmək və s. faktlar göstərilə bilər.Biz burada insanların arasında yayılmış, bir-bir ilə təzad təşkil edən bir neçə “maraqlı” xurafatları qeyd etmək istərdik. Bir çox marşrutların ön şüşəsində MaşaAllah, Allah, Məhəmməd ya Əli kimi yazılara, marşrutların daxilində müxtəlif dini şəxsiyyətlərin şəkilləri, Allah, Məhəmməd ya Əli yazılan xalçalara rast gəlirik.
Bütün bunları görən şəxs ilk baxışda elə zənn edir ki, bu yazılar və şəkillər həmin şəxsin bu zatlara olan məhəbbətinin təzahürüdür. Ancaq sürücülərlə söhbət edərkən məlum olur ki, onlar bununla öz işlərinin uğurlu olacağına, bərəkətlərinin artacağına və bu şəkillərin hörmətinə görə qəzaya düçar olmayacaqlarına inanırlar.
Çox qəribədir ki, eyni marşrutda həm bu cür şəkillərə, həm də yerli və əcnəbi şou-biznes nümayəndələrinin yarıçılpaq şəkilllərinə rast gəlinir. Digər tərəfdən bəzən bu cür vasitələrlə qəzadan yayınmağı uman sürücülərin sükan arxasında içkili vəziyyətdə olduğu hallarına da rast gəlinir.Geniş yayılan xurafatlardan biri də mağaza sahiblərinin müştəri cəlb etmək üçün mağazada müxtəlif duaların asmasıdır. Halbuki burada da uyğunsuzluq vardır. Çünki mağazaların demək olar ki, hamısında dini yazılarla yanaşı islamın haram qıldığı içki, donuz əti kimi ərzaq məhsullarına da rast gəlinir.
azerimuslims.com

