Arxiyepiskopun şəriət qanunları barədə fikirləri
İngiltərənin anqlikan kilsəsinin rəhbəri, arxiyepiskop Roan Uilyamz Britaniyanın müsəlman icmasında şəriət qanunlarının qanun məcəlləsinin bir hissəsinə çevrilməsinə çağırıb.O deyib ki, bu ictimai vəhdətin təkmilləşdirilməsinə xidmət edə bilər. Kilsə rəhbərinin fikrincə, şəriət qanunlarını boşanma və əmlak mübahisələrinin həllində tətbiq etmək olar.
"Bundan qaçmaq mümkün deyil. Onsuz da Britaniyada yaşayan müsəlmanlar problemlərin həllində şəriət qanunlarını tətbiq edirlər. Biz gərək bu qanunların nə olduğunu bilək, onlara təkcə Səudiyyə Ərəbistanında tətbiq olunan sərt qaydalar sanmayaq".
Lakin Britaniyanın bütün siyasi partiyaları arxiyepiskop Uilyamzın bu fikrini tənqid ediblər.
Müxalif mühafizəkarlar partiyasından millət vəkili Ənn Uidekomb, iki fərqli hüquqi sistemin bir demokratiyada mövcud olmasının qeyri-mümkün olduğunu vurğulayıb:
"Mən müsəlmanların şəxsi həyatlarındakı proseslərə qarışmıram. Amma cəmiyyətdə bir qanun üstün olmalıdır. Müsəlmanlar da evlənmək və ya boşanmanı bizim qanunlarla rəsmiləşdirməlidirlər. İki hüquqi sistem ola bilməz. Heç kim demir ki, onlar öz ənənələrini yerinə yetirməməlidirlər. Lakin qanunlarda çoxmənalılıq, demokratiyanın sonu demək olar".
azerimuslims.com
