İslam şəriəti, Allah tərəfindən İnsanlara bəxş olunan həyat tərzidir
İslam şəriəti Allah Təalanın Peyğəmbərinə və O Peyğəmbərin ümmətinə din olaraq seçdiyi həyat tərzidir. İslam şəriəti təkcə fərdin deyil, bütövlükdə cəmiyyətin inkişafı və tərəqqisi üçün Allah tərəfindən göndərilmiş bir sistemdir. Ədalətə, əmin-amanlığa və iqtisadi inkişafa nail olmaq üçün İslam şəriəti insan həyatının bütün sahələrinə tətbiq edilməlidir. İslam şəriəti insanların sosial, iqtisadi və hüquqi sahələrinə nüfuz etdikcə cəmiyyətdə yüksək templə inkişaf, insanların hüquqlarının qorunması və iqtisadi rifah baş verəcəkdir.İslam şəriətinin ən önəmli xüsusiyyətləri bunlardır:
1 - Bu şəriət Allahdan gələn bir şəriətdir. Allah Təala belə buyurur:
“Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!” (Casiyə, 18)
İnsanlar üçün ən xeyirli və uyğun həyat tərzinin məhz İslam şəriəti olduğunu ən yaxşı bilən Allahdır. İnsanları xəlq edən Allah Təala, onların bu dünyada rahat, nizamlı bir həyat tərzi yaşamaları üçün İslam şəriəti ilə getməyi əmr edir.
2 – İslam şəriəti hər yönüylə kamil bir şəriətdir və hər şeyi əhatə edir. Allah Təala belə buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”.(Maidə, 3)
İslam dini Allah tərəfindən insanlara bəxş olunan bir həyat tərzidr. İslam təkcə məscid daxilində olan bir din deyil. İslam dini insanların həyatlarının bütün sahələrinə nüfuz etdikcə, cəmiyyət rahatlıq, əmin-amanlıq, ədalət, insan hüquqlarının qorunması və ümumilikdə nizamlı bir həyat tərzi qazanacaqdır. Çünki həm iqtisadi həm də sosial baxımından İslam dini ən uyğun bir sistemdir.
3 – İslam şəriəti bütün zaman və məkanlar üçün keçərlidir. İslam şəriətinin günəşi hər zaman və hər əsrdə dünyanı nuruyla aydınlatmağa davam etməkdədir. Hər millət özlərinin bəzi sosial və iqtisadi problemlərini həll edə bilmək üçün onun nurundan müəyyən ölçüdə istifadə edirlər. Allah Təala belə buyurur: “Allah mö’minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları pis əməllərdən)təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər”.(Əl-İmran, 164)
İnsanlar bu nuru həyatlarının bütün sahələrinə tam tətbiq etməklə bütöv bir cəmiyyətin xoşbəxtliyinə və əmin-amanlığına nail olacaqlar.
4 – İslam şəriəti fərd və toplumun dünya və axirətdə əmin-amanlığını təmin edən əvəz edilməz bir sistemdir. Bu səbəbdən, bir insan İslamı yaxından tanıdıqca ona qarşı sevgisi, ehtiramı, hörtməti, ona bağlılığı və onu yayma istəyi baş qaldırır. Dünyanın ən rahat, sakit və əxlaqlı insanı İslama ən yaxı şəkildə bağlanan insandır. Hər bir insanın qəlbi də yalnız Allahı zikr etməklə rahatlıq tapa bilər. Necə ki Allah Təala Quranda belə buyurur: “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”. (Rad, 28)
İslam şəriətinə tabe olmaq insanı Axirətdəki alovun yandırıcı əzabından qoruyur. Allah Təala belə buyurur: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam, 82)
5 – İslam Şəriətinin başqa bir xüsusiyyəti də insana daim xöşbəxtlik qazandırmasıdır. Bütün insanlar daim xoşbəxtliyə can atıllar. Allah Təala belə buyurur: “Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.” (Hud, 108)
“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən bir nur verər, dünyada və axirətdə çıxış yolu göstərər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük mərhəmət sahibidir!” (Ənfal, 29)
Bütün ağıllı insanlar xoşbəxtliyin axtarışındadırlar və onu tapmaları yalnız təmiz İslam şəriəti ilə mümkündür.


Salam aleykum. Ey mene qarshi heddini ashan muselman qardshim. Neye gore blogumda xevariclerden yazanda qiciqlanirsan. Bununla beraber, eyni zmanda kecidden de menim blogumu silmisen. Demek sende tekfirci qrupdansan? Qardash men cox vaxt onlarla sohbet edirem, bir cox muselman qardashlarim da onlardandir, esasen de burada Sumqayitda cayxanada toplashirlar, onlarla tanishligim var. Ona gore gel mubarizemizi aparaq, yeni devetimizi aparaq ve men xevariclerden yazanda qeti qiciqlanma, oldumu. Biz torpaga gireceyik ve curuyeceyik, bize qalan bu dunyada saleh emellerimiz ve kiminse islama gelmesinde yardimci olmagimizdir. AMma heqiqet budur ki, butun dunyada fitneni yaradan hemin bu mescid evezine cayxanalarda gunlerini heder eden boshbogaz xevariclerin ucbatindandir. ALlah bizi bir-birimize qarshi mulayim ve xoshreftar etsin ve bizi islah etsin. AMin! Salam aleykum.
Fevral 8, 2008 23:49