Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz
Yaşadığımız bu dünyada bir çox dəyişkənliklər baş verir. Müsəlmanlar bu dəyişkənliklərə ancaq kənardan seyirci olaraq tamaşa edillər. Keçmiş dönəmlərdə dünyanın dəyişiliklərində birinci rol oynayan müsəlmanlar, hazırkı dönəmdə bu proseslərə kənardan durub seyr etməkdən başqa bir şey edə bilmillər. İndiki zamanda bu cür passivlik Müsəlmanları heç də narahat etmir. Ancaq dünya Müsəlmanları arasında çox az da olsa bir qrup mövcuddur ki, bu işlərdən narahat olurlar. Bunlar Allah yolunda Allahın göndərmiş olduğu İslam dinini ucaltmaq üçün bu dinin gətirdiyi anlayışlara görə yaşamaq istəyən və ədalət üçün savaşan mücahidlərdir.
Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Ümmətimdən bir qurup(tayfa), Qiyamətə kimi haqq üçün savaşmağa davam edəcəklər(Əbu Davud, Cihad4, (2484) )
Mücahidlər harada olur olsun bu dəyərlər üçün mücadilə edərlər. Bu gün mücahidlərə “terrorist” deyilir. Nə üçün “terrorist” deyillər? Çünki bu insanlar ədalət istəyillər. Öz mənfəətləri üçün deyil, siyasət üçün deyil, mal-mülk əldə etmək üçün deyil Allah üçün mücadilə edirlər. Məhz buna görə də bu kimsələri satın almaq və yolundan sapdırmaq mümkün deyil. Kafirlər də bu durumda bunları yəni mücahidləri “terrorist ” olaraq ictimaiyyətə tanıdıllar. Və buna da “uğurla nail oldular” deyə bilərik. Çünki Müsəlmanlar hazırda bu mücahidlərə sahib çıxa bilmillər. Çünki dünyanın ən güclü informasiya vasitələri kafirlərdədir. Onlar müxtəlif mediya vasitələri ilə Allah yolunda və ədalət naminə savaşan mücahidləri “terrorist” kimi dünyaya tanıdıllar.
Əfsuslar olsun ki, kafirlərin bu yalnış informasiyasına bəzi sadəlöv Müsəlmanlar da aldanıllar. Ən uzağı isə kafirlərin Müsəlman torpağlarında törətdikləri azğınlıqlara və zülmə qarşı, kənardan durub onları dedi-qodu etməkdən başqa əlimizdən bir şeylər gəlmir. Biz sadəcə onlar haqqında uzaqdan-uzağa danışırıq, kafirlər isə bütün var gücləri ilə əllərinin altında olan bütün vasitələrlə Allah yolunda və ədalət naminə vuruşan mücahidlərə qara ləkə yaxmaqda davam edirlər.
Ən dəhşətli hal isə İslamı dəyərlərdən vaz keçib və kafirlərin qoymuş olduqları qanunlarla yaşayan, səsi çıxmayan, hər şeylə razılaşan, namaz qıla bilirik, oruc tuta bilirik, məscidlərə gedə bilirik, həcc ziyarəti edə bilirik daha nəyə ehtiyacımız varki deyən bir nəsil yetişməkdədir. Bu nəsilin bu əqidədə yetişməsində, özlərini “din adamı” , “elm tələbəsi”, “şeyx”, “məscid imamı” adlandıranların rolu isə az deyil.
Peyğəmbərimizin (s.a.s) gülər üzlü , hər kəsə yumşaq davrandığını qeyd edənlər bu yolla Müsəlmanlarda kafirlərə qarşı məhəbbət hissini oyadırlar. Doğrudur, Peyğəmbərimizin (s.a.s) gülər üzlü və yumuşaq xasiyyətli olmuşdur. Lakin bu gülərüzlülüyü və mehribanlığı kafirlərə deyil, Müsəlmanlara göstərmişdir. Peyğəmbərimiz (s.a.s) kafirlərin qabağına gül dəstələri və gülər üzlə deyil, qılıncla çıxmışdır. Necə ola bilərki Peyğəmbərimiz (s.a.s) kafirlərlə yumşaq davransın? Məyər Uca Allah Peyğəmbərimizə (s.a.s) və iman etmiş müsəlmanlara kafirlərlə sərt olmağı buyurmayıbmı?
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.(Maidə,54)
“Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!”(Tövbə,73)
“Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir”.(Tövbə, 123)
Amerika bu gün dünyaya “demokratiya” gətirmək üçün çalışır. Onların təbirincə “demokratiya” insan hüquqlarının qorunması, söz azadlığıdır. Lakin “demokratiya” qurmaq adı altında Müsəlman torpağlarını işğal etmək, ailələri başsız qoymaq, məscidləri dağıtmaq və onların bu zülmünə qarşı çıxanları “terrorist” adlandırmaqla hansı insan hüquqlarından söhbət gedə bilər?
Bu gün kafirlər Fələstində, İraqda, Çeçenistanda, Əfqanıstanda məhz bu cür proqramı həyata keçirillər. Onların haqsızlığına, zülmünə qarşı mücadilə edən mücahidlər “terrorist” damğası vurularaq, dünyaya şər qüvvə kimi tanıdılır. Lakin əsl şər qüvvə və insan hüquqlarını tapdalayan məhz Amerika və ona dəstək olan ölkələrdir.
Hazırda kafirləri güclü hesab edən bəzi “din xadimləri” onları insanların gözündə şişirdərək böyük bir qüvvəyə çevirillər. Lakin düşünmüllər ki əsl qüvvət və güc sahibi Allahdır! Əgər bu günkü zamanda Müsəlmanlar mücahidlərə dəstək olsaydılar, kafirlərin nə qədər zəyif olduğunun şahidi olardılar. Bütün bunların səbəbi isə Müsəlmanların Quranı oxumamaları və ya oxuyub inanmamalarıdır.. Çünki Müsəlmanlar Allaha təvəkkül etməyib, gücü və qüdrəti malda və pulda hesab edirlər. Halbuki Allaha təvəkkül edib kafirlərə qarşı Cihad etsəydilər, Allah onlara yardım edərdi. Bu barədə Uca Allah Quranda belə buyurur: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!” (İmran, 160)
Bir düşünün... Əgər kafirlər güclü olsaydı Çeçenistanda 15 ildi davam edən savaşa bir son qoyardılar. Bir ovuc olan Çeçen mücahidlər nəhəng Rus ordusuyla baş-başa gəlir. Cahar Dudayev şəhid edildi, Aslan, Zəlimxan, Abdul-Həlim, Xəttab, Şamil Basayev şəhid edildi. Və bəziləri: “bu Cihad sona çatdı, kafirlərnən bacara bilmədik” dedilər. Peyğəmbərimiz də öldü onda dinimizi də buraxaq? Kim inandığı savaşı bir insana ümid edərək savaşarsa, o insan öləndən sonra onun savaşı da bitəcəkdir. Kim ki, Allaha inanaraq, Allah üçün mücadilə edərsə məhz bu kimsələr qazanacaqdır. Onun qarşısını almağa heç kimin gücü yetməz.
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin”.(Tovbe 14)
Allah (s.t) Müsəlmanlara birlik və zəfər nəsib etsin. Amin

