Namaz Allaha olan İmanın simvoludur
Namaz İslamın və İmanın özəyini təşkil edir. Hər bir insan namaz qılmaqla İmanını gerçəkləşdirmiş olur. İnsanı başsız olaraq yaşamasını təsəvvür etmək mümkün olmadığı kimi, imanı da namazsız təsəvvür etmək mümkün deyildir. Bir sözlə namaz, insanın Allah qarşısında olan imanını göstərəcək bir əməldir. Bu əməl yoxdursa deməli Allaha olan həqiqi iman da yoxdur.
Əbu Cəmrə belə dedi: Bir gün Əbdül Qeys heyəti Rəsulullahın (s.a.s) yanına gəldilər. Rəsulullah (s.a.s) onlardan soruşdu: “Siz kimlərdənsiz?”. “Biz Rabiadanıq dedilər və sənin yanına uzaq məsafədən gəlmişik ”. Səninlə bizim aramızda Mudar kafirlərindən bu qəbilə var. Biz sənin yanına haram aydan başqa digər aylarda gəlməyə imkanımız olmur. Bu halda bizə vacib olan bir şey əmr et ki, arxada qoyub gəldiyimiz insanlara da bunu öyrədək və Cənnətə girək. Rəsululah (s.a.s) onlara dörd şey əmr etdi: Bir olan Allaha iman etməyi əmr etdi, sonra da “Bilirsinizmi bir olan Allaha iman etmək nə deməkdir?” deyə soruşdu. Onlar: “Allah və onun Rəsulu ən yaxşı biləndir” dedilər. “Tək olan Allaha iman etmək.” Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.a.s) Rəsulullah olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətin beşdə birini ödəməyinizdir” buyurdu. (Buxari,53 və Müslim, 17)
Ey oxucu! Yuxarıdakı hədisdə bir çox faydalar vardır. Bu faydaları anlatmadan yan keçmək doğru deyildir. Hər kəsin anlaya bilməsi üçün bu hədisə açıqlama vermək daha məqsədə uyğundur. Hədisdən alınacaq faydalar bulardır:
1 – İslamı öyrənmək istəyənə ilk əmr ediləcək şey bir olan Allaha iman etməkdir.
2 - Bir olan Allaha iman etmənin isə İslamın bütün şərtlərinə əməl etməklə mümkün olduğunu bu hədisdən aydınlaşır
3 – Bir olan Allaha imanın sadəcə dil ilə sözlü ifadə və qəlb ilə təsdiqləmə yetərli olmayıb, orqanlarla da əməl etmək lazım olduğunu bu hədis bizə açıqlayır
4 – Xüsusən də mövzumuz ilə bağlı olan namazın Allaha iman etmək olduğunu öyrənirik
Beləliklə də , “Əməl imandan bir bölüm deyildir” deyə iddia edən və “namaz imandan deyildir” deyən batil düşüncəli murciyyə toplumunun və bu firqənin fikirlərini daşıyan bir çox insanların yanlış fikirdə olduğu gün kimi ortaya çıxır.
Quran və Sünnəyə əsasalanan hər bir müsəlman bilir ki, iman dilin iqrarı, qəlbin təsdiqi və əməllərlə bunu həyata keçirməkdir.
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır”. (Məryəm,58)
“Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar”. (Məryəm,59)
“Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar”. (Məryəm,60)
İbni Məsud (r.a) təfsirində belə deyir: Bu ayədə bildirilənlər, namazı büsbütün deyil, vaxtında qılmadıqları üçün iman əhlindən müstəsna edilmişdir.İndi bir düşünün, namazı tamami ilə deyil, vaxtında qılmayanlar Cəhənnəmə yuvarlanacağı və iman əhlindən müstəsna olduğu halda, bəs görəsən namazı təmami ilə tərk edənlərin aqibəti necə olacaq? Əlbətdəki bu kimsələrin əzabı daha şiddətlidir.
Yuxarıdakı ayələrdən görünür ki, peyğəmbərlərdən və saleh insanlardan sonra gələn pis nəsillərin tərk etmiş olduğları sadəcə namazdır. Əgər namazı tərk edənin imanı olsaydı, ayədə “ancaq tövbə edib iman gətirənlər” və “xeyirxah əməl edənlərdən başqa” deyilərdimi?
Şəhvətlərinə uymalarına gəlincə isə artıq namazı tərk etdikdən sonra onları pisliklərdən qoruyacaq qalxanları əllərindən getmişdir. Çünki namaz pisliklərə qarşı ən mükəmməl qalxandır.
Uca Allah bu barədə Qurannın digər ayəsində belə buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” (əl-Ənkəbut, 45)
Təbəri (rh) təfsirində belə deyir: “Allahın (s.t) ayədə qeyd etdiyi “namazı tərk edən” bu nəsil mömin olsaydılar, Allah iman edənləri onlardan ayırmazdı. Qeyd olunan bu nəsil bu ümmətdəndir. Bunlar son dönəmlərdə olacaqlar.
Ata İbni Rəbah deyir ki: “Bu pis nəsil ümməti Məhəmmədəndir”.
Mücahid (rh) də deyir ki: “Bu pis nəsil Qiyamətə yaxın, ümməti Məhəmmədin salehləri vəfat etdikdən sonra peyda olacaqlar”. (Təbəri təfsiri 16/99)
Ayələrdən də görünür ki, “namazı tərk edənlər” iman etməməklə və küfürlə günahlandırılır sonra isə iman edənlər onlardan müstəsna olunur.Əgər namazı tərk edənlər kafir olmasaydı, iman edənlər namazı tərk edənlərdən müstəsna edilərdilərmi?Namazı tərk edənin imanı olmadığını bizlər deyil, Uca Allahın razı qaldığı səhablər demişlər:
Əbu Dərda (r.a) rəvayət etdiyi bir hədisdə belə buyurmuşdur: “Namazı olmayanın imanı da yoxdur”. (Səhihi Tərqib Əl-Əlbani 574)
