Namaz qılmayan adam Quran ayələrini və Axirət gününü İnkar etmişdir
Allah (s.t) bu mövzu ilə əlaqədar dəyişməz və dəyişdirilməz kitabımız olan Qurani-Kərimdə belə buyurur: “Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.” (İnşiqaq, 20-25)
Bu ayələrin mənası budur: Onlara nə olub ki, namazın fərz olduğu Quranda bildirildiyi halda, namaz qılmır və Allaha səcdə etmillər? Əslində namaz qılmayaraq kafir olanlar, Qiyamət gününə inanmıllar. Əgər Axirət gününə inansaydılar, namaz qılardılar. Çünki Qiyamət günündə birinci soruşulan əməl namaz olacaq. İmanın şərtlərindən biri isə Axirət gününə inanmaqdır. Kim Axirət gününə inanmazsa şübhəsiz ki, kafir olar. Məhz namaz qılmayanlar da Axirət gününə inanmadıqları üçün namaz qılmazlar və beləliklə də kafir olarlar.
Namaz qılmayan kəslər hər nə qədər iman etdiklərini söyləsələr də, bu söz onların dillərində qalır. Bu xislətli insanlar Allaha inandıqlarını və Axirət gününə iman etdiklərini yalnız dilləri ilə təsdiq edib, gerçəkdən isə bunu əməlləri ilə təsdiqləməzlər. Bunların imanı yalnız dildədir. İman isə dilin iqrarı, qəlbin təsdiqi və əməllərlə bunlara riyaət etməkdir. Uca Allah bu cür insanlar haqqında Qurani-Kərimdə belə buyurur: “İnsanlar arasında elələri də vardır ki: " Biz Allaha və Axirət gününə inanırıq"– deyirlər. Halbuki onlar iman etməmişlər” (Bəqərə,8)
Digər bir ayədə Uca Allah belə buyurur: “Onlara: "Rüku edin!"– deyildiyi zaman rüku etməzlər.O gün haqqı yalan sayanların vay halına! Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar? (Mürsələt, 48-50)
Günümüzdə elə bir adam tapmaq olmaz ki, namaz haqqında nəsə eşitməsin. Hər kəsin namaz haqqında məlumatı var. Heç kəs də namaz qılmamağı cahilliklə əlaqələndirə bilməz. Cahillik o zaman üzürlü sayı bilər ki, “namaz qılmaq əmri” o millətə, o fərdə çatmasın. Lakin günümüzdə informasiya vasitələrinin sürətlə və geniş yayıldağı bir dönəmdə namaz qılmamağı cahilliklə əlaqələndirmək yanlışlıqdır. Çünki hazırda hər kəsin namaz haqqında kifayət qədər bilgi almağa imkanı var.
Uca Allah Qurani-Kərimin digər ayəsində isə belə buyurur: “O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi”.(Qiyamət,31-32)
Bu ayədən də görünür ki, namaz qılmayan Quranı təsdiq etməmişdir. Uca Allah Quranı təsdiq etməməyi və namaz qılmamağı kafirliklə əlaqələndirdi. Çünki Quranı təsdiq etsəydi, “namaz qılmaq əmrini” qəbul edər və həyata keçirərdi.
