Namaz qılmayan adam, küfür edən öndərlərlə birlikdə olacaq
Abdullah İbni Amr İbn Asdan (r.a) rəvayət edilmişdir: Bir gün Rəsulullah (s.a.s) namazdan danışaraq belə buyurdu: “Hər kim beş vaxt namazı lazımınca qılarsa, qiyamət günündə bu namaz onun üçün bir aydınlıq və qurtulması üçün bir dəlil olar. Hər kim də, bu beş vaxt namazı lazımınca qılmazsa qiyamət günündə Qarun ilə, Haman ilə, Firoun ilə və Ubey İbn Xələflə birlikdə olcaq.” (Müsnəd: 2.169; Darimi: 2/301, İbni Hibban: 1448)
İbni-Qayyim (rh) deyir ki: “Namaz qılmayan kimsənin bu dörd adamla birlikdə olacağının xəbər verilməsinin səbəbi budur: Bu dörd adam küfrün öndərləridir. Burada çox açıq bir işarə vardır. Hər kim ki malının məşğuliyyəti üzündən namaz qılmazsa Qarun ilə, mülkünün məşğuliyyəti üzündən qılmazsa Firounla, şan-şöhrətə görə qılmazsa Hamanla birlikdə və ticarətlə məşğul olub namaz qılmazsa Ubeyy İbni Xələflə birlikdə olacaq.
Rəsulullahın (s.a.s) yuxarıdakı hədisdə adlarını çəkdiyi bu kimsələr küfrün öndərləri olmuşlar. Hədisdə Rəsulullah (s.a.s) beş vaxt namazı layiqincə əda etməyənlərin, bu küfr liderləri ilə birlikdə olacağını və onlarla birlikdə həşr olunacağını qeyd edir. Əgər beş vaxt namazı layiqincə qılmayanlar bu küfr öndərləri ilə birlikdə olacaqlarsa, indi düşünün ki, heç namaz qılmayanların aqibəti nə olacaq.
