Namaz qılmayanın İmanı yoxdur
Səhabələrin dönəmində qiblə Məscidi-Aqsadan Kəbəyə çevrilincə, yəhudilər müsəlmanların yanına gəlib belə dedilər: “Məscidi-Aqsaya dönərək qıldığınız namazlar doğru və səhihdirsə nə üçün qibləni dəyişdirdiniz. Əgər yanlış isə bu dönəmlərdə ölənlərinizin namazları necə oldu? Müsəlmanlar isə yəhudilərə: “Hidayət, Allahın (s.t) əmirlərinə tabe olmaq, azğınlıq isə Allahın (s.t) əmirlərinə müxalif olmaqdır.” Deyə cavab verdilər.
Sonra isə Rəsulullahın (s.a.s) yanına gedərək öncədən Məscidi - Aqsaya yönələrək namaz qılan və qiblə dəyişdirilmədən öncə ölən müsəlmanların namazlarının halı barəsində sual verdilər. Məhz bu məsələyə görə “Allah (s.t) sizin imanlarınızı zay etməz” ayəsi endi.
Göründüyü kimi namaz haqqında sual verənlərə cavab olaraq Allah (s.t) namazı imanla əlaqələndirir. Və namazı iman olaraq bildirir. Buradan da anlaşılır ki, namaz imandır, namaz qılmayanın isə imanı yoxdur.
Əbud-Dərda (r.a) belə dedi: “Namazı olmayanın imanı da yoxdur.” (Usulus Sünnə, 1536; Təhmid, 4/425, Şeyx Əl-Əlbani Tərğibin səhihində, 574)
