Namaz qılmayan, Allahın mühafizəsindən çıxmışdır
Əbud-Dərda (r.a) belə dedi: “Dostum Məhəmməd (s.a.s) mənə belə tövsiyyə etdi.Tikə-tikə doğransan da, odda yandırılsan da Allaha (s.t) ortaq qoşma və fərz olan namazı bilərəkdən tək etmə. Kim ki fərz olan namazı bilərəkdən tərk edərsə Allahın (s.t) mühafizəsindən uzaqlaşmışdır.” (Müsnəd:5/238, İbn Macə:3529)
Ubeyd Əl-Kəlai (r.a) belə dedi: Məqhul (rh) əlimdən tutaraq: “Ya Əbu Vəhb, Fərz olan namazı qəsdən tərk edən bir kimsə üçün nə deyirsən?” dedi. Mən də Məqhula (rh) “Asi bir mömindir” dedim. Əlimi daha möhkəm sıxdı və sonra belə dedi: “Ya Əbu Vəhb, İmanın dərəcəsi nəfsindən daha qüvvətli olsun. Kim ki bir fərz namazını qəsdən tərk edərsə o adam Allahın (s.t) mühafizəsindən çıxmış olar. Kim də Allahın (s.t) mühafizəsindən kənar qalarsa, o kimsə kafir olar.” (Abdurrazzak Musannaf:5008, İbn Şeybə: İman: 129)
