Namaz qılmayan kafirdir
Uca Allah Qurani Kərimdə belə buyurur: “Kitabları sağdan verilənlər Cənnətlikdirlər. Günahkarlardan soruşacaqlar: Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər ki: 'Biz dünyada ikən namaz qılanlardan deyildik. Kasıbları da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq. Qiyamət gününü də yalan hesab edərdik. Ta ki ölüm bizə gələnə kimi bu hal üzərində idik. " (Müddəssir Surəsi: 40-47)Uca Allah bu ayədə namaz qılmamağı batilə sözlər danışmaqla və qiyamət gününə inanmağı bir yerdə zikr edir və eyni səviyyədə dəyərləndirir. Və hər kəs də bilir ki, batilə uyanlar, batil sözlər danışanlar və axirət gününü yalanlayanlar kafirdilər.
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki: Rəsulullah (s.a.s) belə buyurmuşdur: ” İmanla küfr arasındakı şey namazı tərk etməkdir.” (Tirmizi, 2618; Kitabus Salat, 887; və İbn Əbu Şeybə İman, 44)
Bureydədən (r.a) rəvayət edilmişdir: Rəsulullah (s.a.s) buyurdu ki: “Bizlərlə münafiqlərin arasındakı (savaşmağa əngəl) sözləşmə namazdır. Kim bu namazı tərk edərsə kafir olar.” (İbn Macə, 1079; Müsnəd, 5/346)
Ənəs İbn Malikdən (r.a) rəvayət edilmişdir: Rəsulullah (s.a.s) belə buyurdu: “Hər kim qəsdən namazı tərk edərsə acıqca küfrə düşmüşdür.” (Təbərani/Əvsat, Məcmuəz-Zəvaid;1/295)
Ənəsdən (r.a) rəvayət edilişdir: Ənəs (r.a), Rəsulullah belə deyərkən eşitdim: “Adam ilə küfr arasında plan şey namazdır. Namazı tərk edərsə kafir olar.” (Məhəmməd ibn Nasr/Kitabus –Salat, 889)
Əbu Dərda (r.a) belə rəvayət edir: “Dostum Məhəmməd(s.a.s) mənə belə bir tövsiyyə etdi: Səni tikə-tikə doğrasalar da, yandırsalar da Uca Allaha ortaq qoşma və fərz olan namazı bilərəkdən tərk etmə. Kim fərz olan namazı bilərəkdən tərk edərsə, o kimsəni Allah (s.t) qorumaz.” (Təbarani, Mucamul-Kəbir)
İbn-i Məsud (r.a) dedi ki: “Kim namazı tərk edərsə kafir olar.” (Acurri Şəria, 133)
“Məhəmməd (s.a.s) Peyğəmbərin səhabələri namazdan başqa heç bir əməlin tərk edilməsini küfür saymazdılar.” (Tirmizi, Kitabul-İman, 2757)
Mücahid İbni Cəbrdən (r.a) rəvayət edilmişdir ki: Cabir İbn Abdullah Əl-Ənsari Rəsulullahla (s.a.s) dostluq etmiş birisi idi. Ona dedimki: Rəsulullahın (s.a.s) zamanında sizcə əməllərdən iman ilə küfrün arasını ayıran nə idi? O da “NAMAZ” deyə cavab verdi.” (Usulus-Sunnə, 1538, Şeyx Əl Bani Tərğib)


Fevral 13, 2008 23:47