Namaz qılmayan müşrikdir
Uca Allah Qurani Kərimdə namaz qılmayanları müşriklər olaraq vəsf edir. Bu barədə Uca Allah belə buyurur: “Ya Rəsulum! Sən və ümmətin tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!(Rum, 31)
Uca Allah bu ayə ilə namaz qılmayanların müşriklərdən olacağını xəbərdar edir.Əbu Sufyandan rəvayət edilmişdir.Dedi ki: Cabir belə deyirdi: Mən Rəsulullahdan (s.a.s) dən belə dediyini eşitdim: “Şübhə yoxdur ki, adam ilə şirk arasındakı şey namazdır”.(Müslüm, 82; Əbu Davud; 4678, Tirmizi,2619; Nəsai, 465; İbn Macə, 1078)
Cabir (r.a) dən rəvayət edilmişdir ki, Rəsulullah (s.a.s) buyurdu ki: “Namaz qılmamaq şirkdir”(Musənnaf, 5009; Səria,133, Usulus Sünnə, 1513, səhih bir sənədlə rəvayət edilmişdir)
Ənəs İbni Malikdən (r.a) dən rəvayət edilmişdir: Rəsulullah (s.a.s) buyurdu ki: “ Adam ilə şirk arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Namazı tərk etdiyi zaman Allaha şərik qoşmuşdur”( İbnMacə,1080; Məhəmməd İbn Nasr.Kitabus-Salat,897 rəvayət etmişlər)
Ənəs İbni Malikdən (r.a) dən rəvayət edilmişdir:Rəsulullah (s.a.s) belə buyurdu: “ Hər kim qəsdən namazı tərk edərsə açıqca küfrə düşmüşdür”.(Təbərani.Əvsat, Məcməuz-Zəvaid,1/295)
Rəsulullah (s.a.s) dən rəvayət olunan səhih hədislər açıqdır və heç bir yozuma gərək yoxdur.

EVLENMEMEK KUNAHDIMI
İyul 27, 2008 10:11