Namaz qılmayanın dini yoxdur
Bu mövzuda Peyğəmbərimiz Məhəmməd (s.a.s) dən bizə bu hədislər rəvayət edilmişdir. İbni Ömər(r.a) dən rəvayət edilmişdir: Rəsulullah (s.a.s) belə buyurdu: “Namazı olmayanın dini yoxdur.”(Təbərani Mucəmus –Sağır: 60)Ömər İbni Xəttab (r.a) dən bizə bu hədislər rəvayət olunmuşdur:Bir adam Rəsulullahın (s.a.s) yanına gələrərk belə dedi: “Ya Rəsulullah, Allah(s.t) qatında İslamda ən fəzilətli əməl nədir?” Rəsulullah (s.a.s) belə cavab verdi: “Vaxtında namaz qılmaqdır. Kim namazı tərk edərsə onun dini yoxdur”
İbni Məsud (r.a) belə demişdir: “Hər kim ki namazı tərk edərsə onun dini yoxdur.”(Beyhaqi, Şuabul-İman, Musannaf:10466)
Abdul İbn Amr (r.a) dediki: “Namaz tərk edənin dini yoxdur.” (Buxari, Tarixul-Kəbir7/95)
