Namaz qılmayanın İslamdan payı yoxdur
Ömər ibn Xəttab (r.a) namaz qılarkən məcusi bir qul tərəfindən bıçaqlandı. Yerə yıxıldı və huşunu itirdi. Möminlərə sübh namazını qıldıran Ömər ibn Xəttabın (r.a) huşsuzluq vəziyyətində qaldığını görən cammat, ona günəşin çıxmasına az qaldığını xatırlatdılar.
Huşsuz vəziyyətdə olan Ömər ibn Xəttab (r.a) bu sözləri eşidən kimi dərhal ayağa qalxdı. Və belə dedi: “Namazı tərk edənin İslamdan payı yoxdur.” Sonra vücudundan qan axa-axa camaata sübh namazını qıldırdı və sonra yerə yıxılıb, ruhunu Rəbbinə təslim etdi.(Muvatta:140, Darəkutni:2/52)
Əbul Müleyhdən (r.a) rəvayət edilmişdir: “Ömər ibn Xəttab (r.a) minbərin üzərində durarkən belə dediyini eşitdim: “Namaz qılmayanın İslamı da yoxdur.” (Mərvəzi, Qadrus-Salat:930)
