Aşura günü barəsində sual
Sual: → Bəziləri Aşura günündə İmam Hüseynin (Allah ondan razı olsun) adını yad edərək, başlarını yarmaları, qan axıtmaları, zəncirlə bədənlərini döymələri, əlləri ilə sinələrinə vurmaları İslamda icazə verilirmi? Buna dair dəlil varmı?
Cavab: → Allah bütün müsəlmanları razı olduğu, sevdiyi, əmr etdiyi din üzərində sabit etsin. Allah müsəlmanları əhli - sünnə əqidəsi və sələf imamlarının izində gedən salehlərdən etsin. Hər bir müsəlman Quranın, sünnənin, əmr etdiyi din üzərində olmalı və ona dəvət etməlidir. Heç bir müsəlman özü istədiyi şəkildə ibadət adı altında müəyyən günləri xüsusiləşdirməyə icazəsi yoxdur.
Lakin günümüzdə əqidəsi və əməlləri batil üzərində qurulan bəziləri və onların dövlətləri Aşura günlərini matəm, hüzün, acı günlər olaraq elan edillər. Həmin günlərdə İmam Hüseynin (Allah ondan razı olsun) Kərbəla hadisəsini canlandırmaq üçün onlar bədənlərinə, başlarına zərər verir və işgəncə edirlər. Bu əməllərin dində yeri yoxdur. Belə bir əməl nə Quranda, nə də ki, əhli sünnənin qaynağlarında mövcud deyildir. Sünnə isə Peyğəmbərimizin (s.a.s) yolu deməkdir. Əgər bir əməl Peyğəmbərimizin (s.a.s) sünnətində (yolunda) yoxdursa, deməli bu əməl uydurma və bidət əməldir. Bu əməllər haramdır, bidətdir, camaatı sapıqlığa sürükləyir. Quran və Sünnə bunu təsdiqləmir. Əgər kimsə desəki “bu qədər camaat bu əməli edirsə, boş yerəmi edir”, bu adama demək lazımdır ki, “ bəli kafirlərin də sayı müsəlmanlardan çoxdur, onlar Allahı tək ilah bilmillər, Qurana inanmır, namaz qılmır, bunların çoxluğu onların haqq olduğunumu isbat edir?”
1.Dəlil :“ Onlara: "Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.” (Nisə, 61)
2.Dəlil : “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.” (Nisə, 64)
3.Dəlil : “Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.”(İmran, 31)
4.Dəlil : “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də’vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də’vətini qəbul edin.”(Ənfal, 24)
Yuxarıdakı ayələr hər bir müsəlmanın Quran və səhih sünnətə iman və əməl etməsini tələb edir. Buna görə də heç kəs İslam dinində olmayan bir şeyi İslam adına edə bilməz. Heç kəs müsəlmanların dininə bidətlər gətirə bilməz. Heç kim Allah və Rəsulunun əmr etmədiyi bir əməli həyata keçirtmə və tövsiyyə etmə haqqına malik deyil. Din yalnız Allah və Rəsulunun əmri çərçivəsində həyata keçirilə bilər.
