Namaz İlə başqa vacibatları tərk etmək arasında fərq var
Fətvanın sahibi: Şeyx İbn Baz
Fətvanın №-si: “Dəvət” jurnalı 1473, rəcəb, 1415 h
Sual:→ Tövhid əqidəsində olan lakin bəzi vacibatları yerinə yetirməyə tənbəllik edənin hökmü nədir?
Cavab:→ O, naqis imanlı olur. Həmçinin bəzi asiliklər edənin əhli Sünnəyə görə imanı naqisləşir, çünki əhli sünnə belə deyir: İman – söz, əməl və etiqaddır.Yəni iman dilin iqrarı, qəlbin təsdiqi və əməl ilə göstərməkdir. O itaət etməklə artıq, asilik etməklə naqisləşir. Buna misal üzürsüz yerə ramazan orucunu tərk etməkdir. Bu böyük asilikdir və imanı naqisləşdirir və zəiflədir. Elm əhlindən bəziləri bununla təkfir də edirlər.
Lakin səhih odur ki, orucun vacibliyini təsdiqlədikcə bununla küfr etmir. Lakin bəzi günlər tənbəllik və səhlənkarlıqdan iftar edir. Həmçinin zəkatı səhlənkarlıq üzündən vaxtını gecikdirən və onu çıxartmağı tərk edən əgər vacib olmasını təsdiq edirsə, bu asilikdir və imanda zəiflikdir.Bəzi elm əhli də vardır ki, zəkatı tərk edəni təkfir edirlər. Habelə qohumluq əlaqələrini kəsmək, valideynlərə hörmətsizlik etmək də imanda naqislik və zəiflikdir. Başqa asiliklər də bunun kimidir.
Namazı tərk etməyə gəldikdə iasə namazı tərk edən onun vacib olmasını inkar etməsə belə bu imanı yox edir və riddəti (dindən çıxmağı) gərəkdirir. Alimlərin sözlərinin ən doğrusu da budur. Çünki Rəsulullah (s.a.s) belə demişdir: “İşin başı İslam, onun sütunu namaz, zirvəsi isə Allah yolunda cihaddır”. Başqa hədisdə isə Rəsulullah (s.a.s) belə söyləyir:”Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmiş olur ”. Bu hədisi Əhməd və Sünən əhli səhih isnadla Bəriydə bin əl-Hüsseyyibdən (r.a) rəvayət etmişdir. Həmçinin Peyğəmbər (s.a.s) belə demişdir: “Adam ilə küfr arasında duran namazı tərk etməkdir”.
Müvəffəq edən Allahdır və Allahın salat və səlamı Peyğəmbərimiz Məhəmmədin, ailəsinin və səhabələrinin üzərinə olsun.
