Şirk üzərində ölənə məğfirət diləmək olmaz
Fətvanın sahibi: Şeyx İbn Baz
Fətvanın №-si: Şeyx İbn Bazın fətvaları 2/572
Sual:→ Mənim atam tövhidi bilməyən, Allahdan başqasına nəzir verən biri idi. Mənə onun üçün bağışlanma diləməyim olar, yoxsa yox?
Cavab:→ Xeyr. Kim şirk üzərində ölübsə onun üçün dua etmək olmaz. Çünki Allahu Təala belə buyurur:”Cəhənnəm əhli olmaları aydın olandan sonra müşriklər(Allaha şərik qoşanlar) üçün yaxın qohumlar olsa belə bağışlanma diləmək nə peyğəmbərə, nədəki iman gətirənlərə yaraşmaz”. (Tövbə,113)
Ona görə də adamın küfr üzərində ölən valideynləri üçün bağışlanma diləməyi qadağan olunub. Həmçinin Məhəmməd peyğəmbərin (s.a.s) əmisi Əbu-Talib, küfr üzərində ölərkən onun üçün bağışlanma diləmək istəyəndə, Allah ona yəni Məhəmməd peyğəmbərə (s.a.s) bunu qadağan etdi. Ona görə də ey Allahın qulu! Atan üçün məğfirət diləmə, onun üçün nə dua, nədəki bəddua (pis dua) etmə. Çünki o, Allahdan başqası üçün nəzir verib, onlardan kömək umurdu. Bu isə böyük şirkdir.
